Beynimizin içindəki görünüşlərin xaricinə çıxa bilmərik

Doğulduğumuzdan etibarən beş duyğu orqanımıza bağlı olduğumuz üçün "xarici dünya"nın, hisslərimizin bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.
İnsanın həyatına dair bildiyi hər şey gözləriylə gördükləri, qulaqlarıyla eşitdikləri, əlləriylə toxunduqlarından, qısacası, duyğu orqanlarıyla qəbul etdiklərindən meydana gələr. Yəni insan daim öz "fərdi dünyasında" yaşayar. Kosmosdakı ulduzlar, üzərində yaşadığımız dünya, dünyanı dolduran milyardlarla insan, ətrafımızda gördüyümüz hər canlı, evimiz, evimizin içindəki əşyalarımız, hal-hazırda üzərində oturduğumuz kürsü, əlimizdə tutduğumuz kitab və daha milyonlarla incəliklə indiyə qədər min dəfə qarşılaşmışıq. Ancaq bunların hamısı, yenə bizim "fərdi dünyamıza" aid hisslərdir. Heç bir insan, indiyə qədər öz seyr etdiyi bu dünyanın xaricinə çıxa bilməmişdir. İnsan nə edərsə etsin, bütün həyatının və bədəninin bir xəyal olduğu, bunların əsilləri ilə təmasda olmadığı həqiqətini dəyişdirə bilməyəcəkdir...


Yanda filmdən gördüyünüz kadrlar Neonun, Matrixin nə olduğunu öyrənmək üçün Morfeusla (Morpheus) etdiyi söhbətə aiddir. Morfeus (Morpheus) bu söhbət əsnasında, Neoya Matrixin nə olduğunu təsvir edərkən, bu sistemdən "həqiqəti görməsinə maneə olan bir pərdə" kimi bəhs edir:


Morfeus (Morpheus) : Niyə burada olduğunu izah edim sənə. Bir şey bildiyin üçün buradasan. Bildiyini açıqlaya bilmirsən. Amma hiss edirsən. Həyatın boyunca hiss etdin. Dünyada tərs gedən bir şeylər var. Nə olduğunu başa düşmürsən, amma orada beynində daş parçası kimi səni özündən çıxardan bir şeydir. Səni mənə gətirən şey bu hiss idi. Nədən danışdığımı bilirsən?
Neo : Matrixdən?
Morfeus (Morpheus) : Nə olduğunu öyrənmək istəyirsən? Matrix hər yerdədir. Ətrafımızda. Hal-hazırda, bu otaqda. Pəncərədən çölə baxdığında görərsən ya da televizoru açdığında. İşə getdiyində hiss edərsən... Vergi ödəyərkən. Həqiqəti görməməyin üçün dünya, bir pərdə kimi önünə çəkilmişdir sanki.


Filmin qəhrəmanı Neo, həqiqəti öyrənmək üzrə, olduğu kapsuladan çıxarılıb oyandırılana qədər, özünə göstərilən xəyali dünyanın fərqində deyildi. Çünki həyatının hər anında bu sistemlə iç-içə yaşamış və ətrafındakı bütün insanlardan bu həyatın həqiqi olduğu təlqinini almışdır. Bu səbəblə, Neonun razı salınması, o ana qədər zənn edərək yaşadığı həyatının bir xəyaldan ibarət olduğunu dərk etməsi vaxt almışdır.


Bu vəziyyət indiki vaxtda maddənin əsli mövzusunda məlumatlandırılan bir qisim kəslər üçün də məqbuldur. Maddənin mütləq varlığına inanan və gördüklərinin xarici dünyadakı əsilləri ilə təmasda olduğundan əmin olan kəslər bəzi məntiqsiz etirazlara yönəlirlər. Ancaq burada izah edilənlər, -kim nə qədər etiraz edirsə etsin- eynilə bir fizika qanunu və ya bir kimya düsturu qədər dəqiq həqiqətlərdir.


Matrix filminin yuxarıdakı görünüşləri ilə oxşar olan izahlarımızdan bir qismi belədir:
Dünyada yaşadığımız həyatın bir parçası olan bütün hadisələr, insanlar, binalar, şəhərlər, avtomobillər, vəzifələr, qısacası, həyatımız boyunca gördüyümüz, tutduğumuz, toxunduğumuz, iylədiyimiz, daddığımız, dinlədiyimiz hər şey, əslində beynimizdə yaranan görünüş və hisslərdir.


Biz, bizə verilən təlqinlə bunların, beynimizin xaricindəki bir dünyada sabit olduqlarını, hər birinin maddi varlıqlar olduqlarını və bizim bu səbəblə bunların əsillərini gördüyümüzü, hiss etdiyimizi zənn edərik. Halbuki, biz heç bir varlığın əslini əsla görə bilmərik və bu varlıqların əsillərinə əsla toxuna bilmərik. Qısacası, bizim həyatımız boyunca maddə bildiyimiz hər şey əslində bir xəyal olaraq beynimizdə meydana gələn görünüşlərdən ibarətdir. (Hayalin Diğer Adı: Madde, səh. 8)

 

Əgər diqqətlə düşünsəniz, görən, eşidən, toxunan, düşünən və hal-hazırda bu kitabı oxuyan ağıllı varlığın, yalnız bir ruh olduğunu və sanki bir növ pərdə üzərində "maddə" deyilən hissləri seyr etdiyini hiss edə bilərsiniz. Bunu qavrayan insan, insanlığın böyük hissəsini aldadan maddi dünya həyatından uzaqlaşıb, həqiqi varlıq həyatına girmiş olar… (Sonsuzluk Başlamış Durumda,səh. 46)