Maddənin əsli mövzusunda elmi inkişaflar

Holoqram bir dünyadamı yaşayırıq?

Dünyanın ən məşhur elm jurnallarından biri olan New Scientist adlı jurnal, 27 aprel 2002-ci il tarixindəki üz qabığında, oxucularına əhəmiyyətli bir elmi tərəqqini çatdırmışdır. J. R. Minkel tərəfindən qələmə alınan məqalə "Saxta Kainat" başlığı altında və "Niyə hamımız bir holoqramın içində yaşayırıq?" üz qabığındakı yazısı ilə nəşr olunmuşdur. Bu məqalədə açıqlanan elmi təsbiti bu şəkildə yekunlaşdıra bilərik: Dünyanı bir işıq seli hesab edirik, buna görə də bu hisslərə baxaraq maddəni mütləq həqiqi zənn etmək böyük bir yanılma olacaqdır. New Scientist, elm adamı-müəllif J. R. Minkelin bu əhəmiyyətli mövzu ilə əlaqədar bu etirafına yer vermişdir:
Hal-hazırda bir jurnal tutursunuz, bunu qatı bir maddə hesab edirsiniz və siz bunun kainatda müstəqil bir şəkildə mövcud olduğunu görürsünüz. Ətrafınızdakı əşyalar də eyni şəkildə, bəlkə bir fincan qəhvə ya da bir kompyuter, hamısı kənardan həqiqətmiş kimi görünür. Amma hamısı yalnız bir xəyaldır.


Minkel məqaləsində, bəzi elm adamlarının bu fikri "hər şeyin nəzəriyyəsi" olaraq adlandırdıqlarını söyləyir. Bundan əlavə, Minkel elm adamları tərəfindən "hər şeyin nəzəriyyəsi"nin, kainatın quruluşunun açıqlanmasında ilk pillə olaraq qəbul edildiyini köçürür.


Bəhsi keçən jurnalda nəşr olunan bu məqalə, kainatı beynimizdə bir xəyal olaraq qəbul etdiyimizi, bu səbəbdən, bizim maddənin əsliylə təmasda olmadığımızı açıqlayan elmi bir qaynaqdır.

 

 

Elm adamları süni siqnallarla itirilən duyğuları yenidən qazandırırlar

Amerikanın məşhur aktual jurnalı Timenin 11 mart 2002 tarixli sayında "Bədən elektriki" başlığıyla nəşr olunan məqalədə əhəmiyyətli bir elmi tərəqqi çatdırıldı. Məqaləyə mövzu olan xəbərdə elm adamlarının, kompyuter çiplərini insanın sinir sistemiylə birləşdirərək, duyğu orqanlarının müalicə edilməsində istifadə etdiklərindən bəhs edilirdi.
Avropa, Amerika və Yaponiyadan olan tədqiqatçılar inkişaf etdirdikləri yeni üsulla kor bir kimsəni görməsi, iflic bir xəstəyə yenidən hərəkət qabiliyyəti qazandırmağı məqsəd qoyurdular. Xəstələrin bədənlərinə elektrodlar yerləşdirərək, canlı toxumalarla silikon çiplərin birləşdirildiyi protez parçaları istifadə edərək bu məqsədlərini qismən tətbiq etməyi bacarmışdılar.


Məsələn, bir qəza nəticəsində boynu qırılan Holqersen adındakı bir danimarkalının, çiyinlərini, sol qolunu və sol əlini çox az hərəkət etdirə bilməsi istisna olmaqla, boyundan aşağısı iflic idi. Bilindiyi kimi iflic, boyun və onurğa iliyi travmasından qaynaqlanır, çünki beyin və əzələlər arasında hərəkət edən sinir yolu zərər görmüş ya da yolu bağlanmışdır. Bədəndən beyinə gedən siqnalları çatdıran sinirlərlə, beyindən bədən əzələlərinə təlimat daşıyan sinirlər arasındakı məlumat axışı kəsilər. Bu xəstəyə sinir protezi yerləşdirilərək, beyindən gələn siqnalların onurğa iliyinin ziyan görən hissələrini sovuşdurmaq, beləcə qol və ayaqlara bir az hərəkət qazandırmaq məqsəd qoyuldu.


Xəstənin sol əlinə təməl funksiyaları qazandırmaq üçün əşyaları qavramağa, tutmağa və buraxmağa yarayan bir sistem istifadə edildi. Əməliyyatla sol qolunun üst qisminə, ön qoluna və sinəsinə hər biri metal pul böyüklüyündəki səkkiz elastik elektrod, qavramağa nəzarət edən əzələlərə əməliyyatla bağlandı. Bu elektrodlar daha sonra çox incə naqillərlə sinəyə yerləşdirilən və sinir sisteminə təsir edən bir xəbərdarediciyə bağlandı. Bu xəbərdaredici də xəstənin bir az hərəkət etdirə bildiyi sağ çiyninə yerləşdirilən bir mövqe-qəbul etmə vahidinə bağlandı.


Bunun nəticəsində isə bu oldu: Xəstə bir stəkanı qaldırmaq istədiyində sağ çiynini yuxarı qaldırır. Bu hərəkət mövqe qəbuledicisindən sinəsindəki xəbərdarediciyə elektrik siqnalı göndərir. Bu xəbərdaredici də siqnalı qolundakı və əlindəki əzələlərə doğru çatdırır. Bunun nəticəsində əzələlər sıxılıb, sol əl bağlanır. Stəkanı buraxmaq istədiyində isə sağ çiynini aşağı endirir, beləcə sol əl açılır. Bu cür protezler sayəsində, iflic orqanlardan gələn toxunma ilə əlaqədar məlumatlar bədənin digər hissələrinə çatdırılır və beləcə duyğuların yenidən qəbul edilməsi mümkün olur.


Bu işlərin bir başqası isə, Brüsseldəki Louvain Universitetində görmə ilə əlaqədar reallaşdırılır. Çubuq və konus hüceyrələri ölüncə retinası işığa reaksiya verməyən, ardından da kor olan belçikalı bir xəstənin, sağ optik sinirinin ətrafına yerləşdirilən bir elektrod sayəsində bəzi görünüşləri təkrar görməsi mümkün olmuşdur.


Bu xəstənin vəziyyətində elektrod, kəllənin içində açılan kiçik bir oyuq içinə yerləşdirilmişdir və bu elektrod bir xəbərdarediciyə bağlıdır. Bir başlıq ilə açılan video kamera, görünüşləri radio siqnalları şəklində xəbərdarediciyə çatdırır. Bu xəbərdaredici zərər görmüş çubuq və konus hüceyrələrini keçərək doğrudan optik sinirə elektrik siqnallarını çatdırır. Optik sinir siqnalları xəstənin görmə mərkəzinə daşındıqdan sonra, bunlar bir görünüş şəklində yenidən təşkil edilir. Hər nə qədər xəstənin gördüyündəki keyfiyyət, stadionlardakı işıqlı tabloların miniatürü şəklində olsa da, bu sistemin reallığını göstərmək üçün kafi bir nümunədir.


Bu xəstə üzərində tətbiq olunan süni görmə sisteminə "Microsystem-based Visual Prosthesis" (MIVIP - Mikrosistem-əsaslı Vizual Protez) deyilir. Bu cihazlar xəstənin kəllə sümüyünə qalıcı olaraq yerləşdirilmişdir, lakin bunları istifadə edə bilməsi üçün Louvain Universitetində kiçik bir otağa getməsi və üzgüçü papaqlarına bənzəyən bir başlıq geyməsi lazımdır. Bu başlıq plastikdən hazırlanmışdır və ön qisminə sabitlənmiş standart bir video var. Ekrandakı görünüşü meydana gətirən nöqtələr nə qədər çox olsa, elektrik xəbərdarlıqlarının sayı da o qədər çox olar. Bu da görünüşün daha keyfiyyətli olmasını təmin edir.


Eyni xəbərdə maraqlı bir hadisədən də belə bəhs edilirdi:
1998-ci ildə Stelak (Stelarc) adındakı avstraliyalı bir sənətkar bədəninə elekrodlar yerləşdirərək bir nümayiş təşkil etdi. Bədəni, əzələlərini istəksiz sıxılmalarla hərəkətə keçirilə biləcək kafilikdə elektrik şokları daşıyan elektrodlar ilə qapalı idi. Bu elektrodlar da bir kompyuterə bağlı idi və nümayiş əsnasında, internet vasitəsilə Paris, Helsinki və Amsterdamdakı kompyuterlərlə əlaqə quruldu. Bu üç bölgədəki iştirakçılar, toxunulmayan bir ekran üzərində görünən bədənin müxtəlif hissələrinə toxunaraq, Stelarca hər istədiklərini etdirə bilirdilər.


Bu və buna bənzər texnologiyalar çox kiçik ölçülərə endirilə bildiyi və doğrudan bədənin içinə yerləşdirilə bildiyi təqdirdə tibb sahəsində çox əhəmiyyətli kəşflərə yol aça biləcək xüsusiyyətdədir. Ancaq bu inkişafların göstərdiyi çox əhəmiyyətli bir həqiqət daha vardır: xarici dünyanın zehnimizdə izlədiyimiz bir surət olduğu...


Time jurnalının bu məqaləsində süni olaraq verilən xəbərdarlıqlarla görünüşün, toxunma hissinin və s. meydana gələ biləcəyinə dair praktik nümunələr təqdim edilmişdir. Məsələn, kor bir kimsənin görə bilməsi bunun ən açıq dəlilidir. Xəstənin gözü ya da görəcəyi bir əşya olmamasına baxmayaraq, süni olaraq verilən siqnallarla görməsi mümkün olmuşdur.

 

 

Elmi jurnallar filmlərdə işlənən simulyasiya dünya ssenarilərinin həqiqi həyat üçün də mümkün ola biləcəyini ifadə edirlər

Dünya miqyasında məşhur elm jurnalı “New Scientist”in 27 iyul 2002-ci il tarixli sayında da "Həyat bir proqramdır, o zaman silindiniz" başlığıyla nəşr olunan məqaləsində Maykl Bruks (Micheal Brooks), Matrix filmindəki kimi simulyasiya olan bir dünyada yaşaya biləcəyimiz ehtimalını bu sözlərlə gündəmə gətirir:
Matrix II –ni gözləməyinizə ehtiyac yoxdur. Onsuz da nəhəng bir kompyuter simulyasiyası içində yaşaya bilərsiniz... Əlbəttə ki, “The Matrix” filminin həqiqi olmadığını düşündünüz. Çünki yalnız elə düşünməyiniz istənildi.


Məqalənin yazıçısı Maykl Bruks (Micheal Brooks), Yale Universitetindən Nik Bostrom (Nick Bostrom) adında bir filosofun şərhlərinə də yer verərək düşüncələrini dəstəkləyir. Nik Bostrom (Nick Bostrom), Hollivud istehsalı filmlərin, bir çox adamın düşündüyündən daha çox həqiqətə yaxınlaşdıqlarını düşünür. Bundan əlavə, etdiyi hesablar nəticəsində, bizim də filmlərdəki kimi bir simulyasiya olan dünya içində yaşamağımız ehtimalımızın olduğunu düşünür.

 

Xüsusilə son illərdə, maddənin əsliylə təmasda ola bilmədiyimiz həqiqətinin başa düşülməsiylə birlikdə, bu elmi həqiqət insanları daha dərin düşünməyə yönəldir. Filmlərə də tez-tez mövzu olan bu vəziyyət, fiziki həqiqəti olmayan mühitlərin, nə qədər həqiqi olaraq canlandırıla biləcəyini; hətta insanların bu xəyali görünüşlərə aldana biləcəyini də vurğulayır.