Fizika qanunları da hisslərimizin bir açıqlamasıdır

Morfeus (Morpheus), Neonun maddənin əsliylə bağlı həqiqətləri qavraması üçün bir çox üsul sınayır və ona bir çox dəlil təqdim edir. Bir əvvəlki hissədə təlimin bir parçası olaraq, Matrix adlı sistemin bir surətində görünüşün dondurulduğunu, beləcə həqiqi kimi görünən hər şeyin əslində virtual bir həqiqət olduğunu göstərdiyini izah etmişdik. Neonun buradakı təlimi, bu söhbətlə davam edir:


Neo : Onlar nədir?
Morfeus (Morpheus) : Sensor proqramlar. Sistemə bağlı qalaraq hər cür proqrama girib, çıxa bilərlər. Sistemdən çıxarmadığımız hər kəs potensial bir agentdir. Matrixin içində haradasa hər kəs bir agentdir, ya da deyildir. Onlardan gizlənərək və qaçaraq həyatda qaldıq, amma onlar qapı gözətçiləridir. Bütün qapıları tutublar. Açarlar onlardadır. Gec ya da tez, birinin onlarla döyüşməsi lazım olacaqdır.
Neo : Birimi?
Morfeus (Morpheus) : Sənə yalan demiyəcəm. Bir agentə qarşı gəlib, onunla döyüşən hər kəs, canından oldu. Onların edə bilmədiklərini sən edəcəksən.
Neo : Niyə?
Morfeus (Morpheus) : Bir divarın içindən yumruq atan agentlər gördüm. İnsanlar onlara bir silah boşaltdılar; ancaq güllələri ilə sadəcə havanı vurdular. Gücləri və sürətləri, qaydalara əsaslanan bir dünyaya bağlıdır. Buna görə sənin qədər sürətli və güclü ola bilməzlər.
Neo : Nə deməyə çalışırsan? Güllələri tuta biləcəyəmmi?
Morfeus (Morpheus) : Xeyr Neo. Demək istədiyim budur: hazır olduğunda buna ehtiyac qalmayacaqdır.


Yuxarıdakı söhbətdə də Morfeus (Morpheus), Neoya davamlı olaraq fizika qaydalarıyla düşünməməsini nəsihət edir. Matrix adlı sistemdə "agent" olaraq tanınan təhlükəsizlik işçiləri, sistemdəki virtual obrazların bədənlərini istifadə edərək hər şeyə hakim ola bilirlər. Ancaq bu sistemin zehinlərə göstərilən süni bir dünya olmasına görə, Neonun ən qeyri-mümkün kimi görünən şeyləri də bacara biləcəyi izah edilir.


Növbəti səhnələrdə isə filmdəki xarakterlərin lazım olduğunda fövqəlbəşər bir bacarıq sərgilədikləri görünür. Bunu son dərəcə həqiqi bir şəkildə yaşayırlar. Ancaq bu, əslində kompyuter tərəfindən beyində canlandırılan xəyallardan ibarətdir. Filmin qəhrəmanı Neo bu həyəcan verici hadisələri yaşadığını zənn edərkən, əslində kürsüsündə oturmuşdur.


Digər tərəfdən Morfeus (Morpheus), Neonun zehnini, həyatı boyu əldə etdiyi qeyri-obyektivlikdən, aldığı təlqinlərdən qurtarmağa -filmdəki ifadəsiylə zehnini azad etməyə- çalışır. Bu məqsədlə hər iki aktyor da bir atlama proqramına qoşulurlar. Burada Morfeus (Morpheus), bir-birindən uzaq və son dərəcə yüksək binalar arasında sanki uçurmuş kimi tullanır və Neonun da zehnini azad etdiyi (yəni qeyri-obyektivlikdən xilas olduğu) təqdirdə bunu bacara biləcəyini deyir. Ancaq Neo bir kompyuter proqramında olduğunu bildiyi halda, özünün fizika qaydalarına tabe olduğunu düşünür. Digər bir sözlə desək, həqiqi olmayan bir mühitə böyük əhəmiyyət verərək tullanarkən yıxılacağının qorxusunu yaşayır.


Əvvəlki səhifədəki kadrlarda da Neonun bu yüksək binalar arasından tullanmağı sınayarkən, tullana bilməyəcəyinə dair tərəddüd və qorxu hiss etməsiylə bərabər beton yerə düşməsi görünür.


Filmdə fantastik ünsürlər olmaqla birlikdə, verilən mesajlar son dərəcə düşündürücüdür. Məsələn, maddənin və məkanın xəyal olduğunu anlayan bir adam, digər insanların bilmədiyi çox əhəmiyyətli bir sirri də qavrayar: Dünyada etibarlı olan səbəb-nəticə əlaqələri, maddənin fiziki xüsusiyyətlərinin nəticəsində və ya insanlar arasındakı əlaqələrin nəticəsində meydana gələr. Maddə bir hiss olduğuna görə fiziki bir təsirə sahib ola bilməz. Hər fiziki təsir, ayrı-ayrı olaraq yaradılır. Məsələn, atılan bir daş şüşəni sındırmaz; daşın atılması və şüşənin qırılması görünüşləri ayrı-ayrı yaradılır. Gəmiləri suda üzdürən "suyun qaldırma qüvvəsi" və ya quşları havada tutan "havanın qaldırma qüvvəsi" də bir hiss olaraq yaradılır. Bu səbəbdən əslində bu kimi "qüvvələr"in hamısı, əslində bunları yaradan Allaha aiddir.


Necə ki, filmdə də bu həqiqətləri öyrənən baş roldakı aktyor, kompyuterə bağlı bir kürsüdə uzanarkən, Matrix olaraq xatırlanan virtual dünyaya girəndə, fizika qanunlarının xaricində hərəkətlər edə bildiyini görür. Məsələn, yandakı kadrlarda görüldüyü kimi özünü güllələrə hədəf olmayacaq qədər fövqəladə bir sürətlə hərəkət edərkən görər. Üstəlik hər şey elə həqiqidir ki, aktyor gözünü kürsüdə açanda hələ də böyük bir çaşqınlıq yaşayır. Bu da bir mühiti insanlara yaşatmaq üçün çöldəki konkret həqiqətə ehtiyac olmadığının çox əhəmiyyətli bir dəlilidir.


Maddənin əsli mövzusunu izah etdiyimiz əsərlərdə bu mövzu üzərində də qalaraq fizika qaydalarının da zehində yarandığını belə izah etmişdik:


Allah, bizə yaşadığımız görünüşləri, bir səbəb və nəticə əlaqəsi içində, bəzi qanunlara bağlıymış kimi göstərir. Məsələn, gecə ilə gündüz, bizim beynimizdə yaranan görünüşlərdir və biz gecə ilə gündüzün günəşə və dünyanın hərəkətlərinə bağlı olaraq dəyişdiyini düşünərik. Məsələn, beynimizin içindəki görünüşdə günəş ən yüksəkdəykən, günorta vaxtı olduğunu bilərik və günəş batarkən də havanın qaraldığına şahid olarıq. Allah, kainata aid hissləri yaradarkən, bu səbəb və nəticə əlaqəsi ilə birlikdə yaratmışdır. Heç vaxt günəş batdığı halda gündüzü yaşamarıq. (Hayalin Diğer Adı: Madde,səh. 199)


Beynimizin içindəki xəyalda, əlimizdən buraxdığımız qələm həmişə yerə düşür. Buna səbəb olan səbəb və nəticə əlaqəsini araşdıranda "cazibə qanununu" taparıq. Allah, ruhumuza izlətdirdiyi görünüşləri müəyyən səbəblərə və qanunlara bağlıymış kimi göstərir. Bu səbəblərin və qanunların yaradılmasının bir səbəbi, həyatın imtahan üçün yaradılmasıdır. (Hayalin Diğer Adı: Madde, səh. 200)


Allah bütün bu hissləri, heç bir qanuna və səbəbə ehtiyac duymadan yaratmağa qadirdir. Məsələn, Allah, toxum olmadan bir gülü yarada bilir, bulud olmadan yağış yağdıra bilir ya da günəş olmadan kölgəni, gecəni və gündüzü yarada bilir. Allah Furqan surəsinin 45-47-ci ayələrində əvvəl kölgəni yaratdığını, sonra da günəşi ona dəlil etdiyini bildirir. Yuxularımız bu yaradılışı daha doğru qavramağımız üçün yaxşı bir nümunədir. Yuxumuzda günəşin maddi bir qarşılığı olmadığı halda, günəşin verdiyi işığı, istiliyi, aydınlığı eyni real həyatdakı kimi hiss edərik. Bu baxımdan yuxular, Allahın, günəş olmadan da günəşə aid hissləri zehnimizdə yarada biləcəyinin göstəricilərindən biridir. Ancaq Allah yaratdığı imtahan mühitində insanlar üçün hər şeyin bir səbəbini də yaratmışdır. Gündüzün səbəbi günəşdir, yağışın səbəbi isə buluddur. Bunların hamısı, beynimizdə Allahın ayrı-ayrı yaratdığı görünüşlərdir. Bir səbəbin nəticədən əvvəl yaradılması da, Allah, bu imtahan mühitində hər şeyin müəyyən qanunlarla işlədiyini düşünməyimizi və bu şəkildə elmi araşdırma etməyimizi təmin edir. (Hayalin Diğer Adı: Madde, səh. 202-203)


Allah, yaratdığı görünüşləri müəyyən səbəblərə bağlıymış kimi göstərər. Məsələn, bir alma budağından qopduğunda həmişə yerə düşər, heç vaxt göyə doğru yüksəlməz və ya havada asılı qalmaz. Allahın yaratdığı bu səbəblərin və qanunların araşdırılması isə elmin mövzularını meydana gətirər... (Hayalin Diğer Adı: Madde,səh. 201)

 

Allah, səbəb olmadan da nəticəni yaratmağa qadirdir. Məsələn, yuxusunda günəş olmadığı halda günəşin işıqlarıyla istiləndiyini hiss edən bir insan bunun bir dəlilidir. (Hayalin Diğer Adı: Madde, səh. 202)