Görən gözlərimiz deyil, görünüş beynimizdə meydana gəlir

Daha əvvəl də qeyd etdiyimiz kimi, həyatımız boyunca aldığımız təlqinlə, bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edərik. Hətta "gözlərimiz dünyaya açılan pəncərələrimizdir" deyə bilirik. Halbuki, görmənin elmi açıqlamasına görə həqiqət belə deyil; çünki biz gözlərimizlə görmərik. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz, sadəcə "görmə hadisəsinin" reallaşması üçün beyinə mesaj çatdıran naqil vəzifəsinə sahibdirlər.


Matrix adlı filmdə də baş roldakı aktyor, realda naqillərlə cihaza bağlı olduğu və gözləri bağlı olaraq bir kürsüdə yatdığı halda, çox canlı bir həyat yaşadığı hissinə qapılır. Ancaq o ana qədər gördüyü bütün rəngarəng, aydın, canlı görünüşlər, ona fiziki bir gözün varlığına ehtiyac olmadan göstərilmişdir. Eyniylə qaçdığını, hərəkət etdiyini, döyüşdüyünü zənn etdiyi görünüşləri də, əzələlərini istifadə etmədən bir kürsüdə yatarkən sadəcə seyr etmişdir.


Filmin qəhrəmanı real həyata dönüb həqiqi zənn etdiyi şeyləri, əslində xəyali bir dünyanın içində yaşadığını başa düşəndə isə çox təəccüblənmişdi. O günə qədər şüşə bir plafonun içində, beyninə verilən elektrik siqnallarından yaranan xəyali bir dünyada yaşadığı halda, özünü bir kompyuter proqramçısı zənn edərək yandakı şəkildə olan məkanda yatırdı. Yəni həqiqi zənn etdiyi hər şey əslində bir xəyaldır.

 

Neo : Nə edirsən?
Morfeus (Morpheus)        : Əzələlərin gücdən düşdü, onları yenidən işlədirik.
Neo : Gözlərim niyə ağrıyır?
Morfeus (Morpheus) : Onları heç istifadə etmədin. İstirahət et Neo. Cavablar gəlir.
Yuxarıdakı söhbətlərdən aydın olduğu kimi, Neo gözlərini ya da bədən əzələlərini istifadə etmədən beyninə ötürülən süni siqnallarla real bir həyat yaşadığı təəssüratında idi. Gözlərini heç istifadə etmədiyi halda son dərəcə rəngli, aydın və canlı bir dünya ilə təmasda olmuş; eyni şəkildə əzələlərini istifadə etmədiyi halda həyatı boyu özünü hərəkət halında hiss etmişdir.


Buradakı vəziyyət hər bir insan üçün bənzərdir. Məsələn, bir adam bazarda alver edən insanlara baxanda, bu insanları və bazarı gözləriylə görməz; çünki bu mənzərəyə aid görünüş gözünün qarşısında deyil, beyninin arxa tərəfində yaranar. Bu səbəbdən, gözə ehtiyac duymadan, beyninin müvafiq yerinə göndərilən süni siqnallarla da eyni görünüşü görməsi mümkün olacaqdır.


Filmin yuxarıdakı kadrları ilə paralel olaraq, kitablarımızda yer alan ifadələrdən bir qismi belədir:


Otağınızın pəncərəsindən çöldəki mənzərəni seyr edərkən, həyatınız boyu aldığınız təlqindən dolayı, bu mənzərəni gözlərinizlə gördüyünüzü zənn edərsiniz. Halbuki, həqiqət belə deyil. Çünki siz gözlərinizlə çöldəki bir mənzərəni görə bilməzsiniz. Siz, beyninizin içində yaranan mənzərəyə aid görünüşü görərsiniz. Bu bir təxmin ya da bir fəlsəfə deyil, elmi bir həqiqətdir. (Hayalin Diğer Adı: Madde, səh. 10)


Bilindiyi kimi, gözümüzdəki hüceyrələrdən gələn elektrik siqnalları, beynimizdə görünüşə çevrilir. Məsələn, beyin, görmə mərkəzinə gələn bəzi elektrik siqnallarını bir günəbaxan tarlası olaraq şərh edər. Elə isə görən göz deyil.


Yaxşı, görən gözlərimiz deyilsə, beyinin arxa qismində, qapqaranlıq bir məkanda, bir gözə, retinaya, mərcəyə, göz sinirlərinə, göz bəbəyinə ehtiyac duymadan, elektrik siqnallarını rəngarəng bir günəbaxan tarlası olaraq görən, bu gördüyü mənzərədən zövq alan kimdir?


… beyinin içində yaranan bu görünüşləri, bir televizor ekranından seyr edən kimi izləyən, izlədikləri ilə sevinən, kədərlənən, həyəcanlanan, fəxr edən, təşvişə düşən, maraqlanan kimdir? Bütün gördüklərini və hiss etdiklərini şərh edəcək şüur kimə aiddir?


Həyatı boyu, qapqaranlıq, səssiz beyninin içində özünə göstərilən görünüşləri izləyən, düşünən, nəticə çıxaran, qərar verən şüur sahibi olan varlıq kimdir?


Bütün bunları qəbul edən, şüuru meydana gətirən varlığın, şüursuz atomların meydana gətirdiyi, su, yağ, zülal kimi maddələrdən ibarət olan bir beyinin ola bilməyəcəyi aşkardır. Beyindən əlavə, çox fərqli bir varlıq olmalıdır.

 

… Beyninin içindəki görünüşü "görürəm" deyən, beyninin içində eşitdiyi səsləri "eşidirəm" deyən, öz varlığının şüurunda olan və "mən mənəm" deyən bu varlıq Allahın insana vermiş olduğu ruhdur. (Hayalin Diğer Adı: Madde, səh. 79-80)