Görünüşdəki keyfiyyət, ayrıntılardakı zənginlik sizi aldatmasın!

Matrix filminin səhnələrindən birində simulyasiya mühitində Neoya Matrix adındakı virtual dünya tanıdılır. Hər şey həqiqətə son dərəcə uyğundur. Neo, küçədə gedən insanların nəqliyyat işıqlarında dayandıqlarını, sonra da yaşıl işıq yanınca getməyə davam etdiklərini görür. Hətta izdiham içindən bir nəfərin çiyninə dəydiyini, bədəninin sarsıldığını hiss edir.


Morfeus (Morpheus)        : Matrix bir sistemdir, Neo... İçəridə, ətrafına baxanda nə görürsən? İş adamları, müəllimlər, vəkillər, dülgərlər. Xilas etməyə çalışdığımız insanların zehinləri. Onları qurtarana qədər, sistemin bir parçası olaraq qalacaqlar... Başa düşməlisən, bu insanların böyük bir qismi sistemdən çıxmağa hazır deyillər. Aralarından böyük bir qismi sistemə o qədər ümidsiz bir şəkildə bağlıdır ki, onu qorumaq üçün döyüşəcəklər…


Neonun həqiqətmiş kimi ətrafa baxdığı bir anda, Morfeus (Morpheus) "dayandır" əmri verər və bir anda ətraflarındakı görünüş olduğu şəkliylə donar. İnsanlar olduqları kimi donub qalarlar, hovuzun axmaqda olan suyu dayanar, quş havada olduğu yerdə asılı qalar. Bu görünüşlə bağlı sadəcə Morfeus (Morpheus) və Neo söhbətlərinə davam edirlər. Neo çox təəccüblənər, lakin o zaman ətrafındakı hər şeyin yaşadığı xəyalın bir parçası olduğunu, həqiqət olmadığını daha yaxşı qavrayar.


Morfeus (Morpheus) : Dayandır.
Neo : Bu Matrixdir, elə deyil?

Morfeus (Morpheus) : Sənə bir şey öyrətmək üçün hazırlanmış bir proqramdır.
Bu filmdə yaşanan hadisələrin insan həyatında da bənzər şəkildə olmadığını isbat etmək mümkün deyil. Bir adam nə qədər inandırıcı təfərrüatlarla dolu bir məkanda olsa belə bunları yalnız öz zehnində yaşayır. Öz xaricində bu hadisələrin, məkanların, insanların əsilləri olsa belə onlara çatmaz. Bu mövzunu açıqlayan izahlarımızdan bəziləri belədir:
İnsan, bir növ ekranda üçölçülü, son dərəcə dəqiq, son dərəcə həqiqi bir film seyr edir. Bu ekrana sanki yapışıq olduğundan heç cürə filmdən sıyrılıb, içində olduğu vəziyyəti görə bilməz. (Sonsuzluk Başlamış Durumda, səh. 43)


… maddə dünyası olsa da, olmasa da insan yalnız beynindəki hisslər dünyasını izləyər. Maddələrin əslləri ilə heç bir zaman qarşılaşa bilməz. Hətta, hər insana surətini görmək bəs edir. Məsələn, rəngarəng çiçəklərlə bəzənmiş bir bağçanı gəzən bir insan, əslində bu bağçanın əslini deyil, beynindəki surətini görər. Ancaq, bu bağça o qədər həqiqidir ki, hər bir insan bu xəyalında yaranan bağçadan həqiqiymiş kimi eyni zövqü alar. Hətta bu günə qədər milyardlarla insan, bu bağça kimi gördüyü hər şeyin əslini gördüyünü zənn etmişdir… (Hayalin Diğer Adı: Madde, səh. 48)


Allah, qüsursuz və saymaqla bitməyəcək qədər çox ayrıntıya sahib olan kainatı, hər an, əksiksiz olaraq yaradır. Üstəlik, bu yaradılış o qədər qüsursuzdur ki, yer üzündə bu günə qədər mövcud olmuş milyardlarla insan, bu kainatın və gördükləri hər şeyin bir xəyal olduğunu başa düşə bilməmişlər, həmişə maddənin əsli ilə təmasda olduqlarını zənn etmişlər. (Hayalin Diğer Adı: Madde, səh. 91)

 

Bəzi insanların şosedən sürətlə keçən bir avtobusu və ya bu avtobusun səbəb olduğu bir qəzanı, maddənin fiziki varlığı ilə təmasda olduqlarının təəccüblü bir dəlili bilmələrinin səbəbi, görünüşün insanı aldadacaq qədər həqiqi görünməsi və hiss edilməsidir. Məkan görünüşlərindəki, məsələn, şosedəki dərinlik və perspektivin qüsursuzluğu, məkanda görülən cisimlərin rənginin, şəklinin, kölgəsinin  mükəmməlliyi, səs, qoxu və sərtlik hisslərinin çox dəqiq olması və görünüşün içində bir məntiq olması kimilərini aldada bilir və bəzi insanlar bu hadisələr nəticəsində bunların hiss olduğunu unudur. Amma zehində meydana gələn hisslər nə qədər əksiksiz və mükəmməl olarsa olsun, bunların bir hiss olduğu həqiqəti dəyişməyəcəkdir. (Hayalin Diğer Adı: Madde, səh. 178-179)