Hisslərimizin həqiqi olması xarici dünyada maddi qarşılıqları olduğunu sübut edə bilməz

Hisslərimizin maddi bir qarşılığı olduğunu heç vaxt isbat edə bilmərik. Çünki beynimizdə hisslərin meydana gəlməsi üçün xarici dünyaya ehtiyacımız yoxdur. Bu gün –kitabın əvvəlində də toxunduğumuz kimi- simulatorlar kimi bir çox texnoloji inkişaf bu həqiqətin ən əhəmiyyətli dəlilləridir. Filmin qəhrəmanı Neo da, təhsil məqsədiylə girdiyi simulyasiya mühitini son dərəcə həqiqi zənn edir. Belə ki, döyüş əsnasında göstəriləcək müvəffəqiyyətin əzələlərin gücünə bağlı olduğunu və o yerdə həqiqətən hava ilə tənəffüs edərək yaşadığını düşünür. Halbuki, həqiqi bədəni bir kürsüdə kompyuter sisteminə bağlı olaraq uzanmışdır.


Tank:  Döyüş dərsinə nə deyirsən?
Neo:  "Jujitsu". Jujitsu öyrənəcəyəm?
Yüklənmə başa çatdıqdan sonra...
Neo:  Kunq Fu bilirəm.
Morfeus (Morpheus):  Göstər mənə.
Morfeus (Morpheus):  Bu bir döyüş proqramıdır. Matrixin proqramlaşdırılmış həqiqətinə bənzəyir. Eynilə əsas qaydaları var. Cazibə kimi. Bu qaydaların bir kompyuter sisteminin qaydalarından fərqi yoxdur. Bəzi qaydalar dəyişə bilər. Bəziləri də ləğv edilə bilər.


İndiki vaxtda da filmdəkinə bənzər bir texnologiyadan istifadə edərək insanlara, çox fərqli məkanlarda yaşadıqları hiss etdirilə bilər və bu insanlar gördükləri, eşitdikləri, etdikləri şeylər həqiqətmiş kimi reaksiyalar verə bilirlər. Bəzən bir otaq böyüklükdəki bir kubun bütün divarlarına və döşəməsinə stereo görünüşlər əks etdirilər və bu otağa daxil olan kəslər, taxdıqları stereo eynəklərlə, otaqda gəzib özlərini tamamilə fərqli məkanlarda, məsələn, bir şəlalə kənarında, bir dağın zirvəsində, dənizin ortasındakı bir gəminin göyərtəsində görə bilərlər. Başa taxılan kaskalar üçölçülü, dərinlik və məkan hissləri olan görünüşlər meydana gətirirlər. Görünüşlər insan ölçüləri ilə mütənasib olaraq verilir və əlcək kimi bəzi alətlərə toxunma hissi təmin edilir. Beləcə, bu alətləri istifadə edən adam, gördüyü virtual dünyadakı əşyalara toxuna bilər, onların yerlərini dəyişdirə bilər. Bu məkanlarda insanın gördüyü görünüşdəki səslər də son dərəcə inandırıcıdır. Səs hər istiqamətdən, fərqli dərinliklərə sahib olaraq verilə bilinir. Bəzi tətbiqlərdə, dünyanın çox fərqli yerlərindəki bir neçə adama eyni virtual yer göstərilə bilinir. Beləcə, məsələn, dünyanın fərqli ölkələrindən, hətta fərqli qitələrindən üç insan, özlərini digərləri ilə birlikdə bir sürət motosikletinə minərkən ya da bir iclasın sonunda fikir müzakirəsində görə bilərlər.

 

Bu nümunələr onu göstərir ki, bizim özümüzü bir məkanda görə bilməyimiz üçün xarici dünyanın mövcud olması şərt deyil. Bizim dünya haqqında qəbul etdiyimiz bütün hisslər, görünüşlər, dadlar və qoxular süni bir qaynaqdan da gəlsə, həqiqətən mövcud olsa da bizim bunu bir-birindən ayırd etməyimiz mümkün deyil. Biz hər vəziyyətdə sadəcə zehnimizin içində yaşayırıq və çöldəki maddənin əsli bizə əlçatmazdır.