Bütün ləzzətlər beyində meydana gələr

Dad bilmə hissi də digər duyğu orqanlarına bənzər şəkildə açıqlana bilər. İnsan dilinin ön tərəfində dörd fərqli tipdə kimyəvi qəbuledici vardır; bunlar duzlu, şirin, turş və acı dadlarına qarşılıq gəlir. Dad qəbuledicilərimiz bir sıra əməliyyatdan sonra bu hissləri elektrik siqnallarına çevirər və beyinə ötürərlər və bu siqnallar da beyin tərəfindən dad hesab edilər. Bir tortu, pendiri, portağalı ya da sevdiyiniz bir yeməyi yediyinizdə aldığınız dad, əslində elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır.
Matrix filmində də bu həqiqət yemək masasındakı söhbət əsnasında belə şərh olunmuşdur:


Tank : Hə dostum. Çempionların səhər yeməyi. (Neoya sıyıq bənzəri bir yemək verilir)
Maus (Mouse) : Gözlərini bağlasan yumurta yediyin təəssüratına qapılarsan... Mənə nəyi xatırlatdı, bilirsən? Ləziz buğda. Heç ləziz buğda yemisən?
Sviç (Switch) : Xeyr, amma əslində sən də yeməmisən.
Maus (Mouse) : Demək istədiyim elə budur. Cihazların ləziz buğdanın dadını haradan bildiyini yəqin bilmək istəyərsən. Bəlkə səhv etdilər. Bəlkə ləziz buğdanın dadı yulaf əzməsi ya da ton balığı kimi idi. Bu vəziyyətdə insanın ağlına çox şey gəlir. Məsələn, toyuq, bəlkə toyuğun dadını qərarlaşdıra bilmədilər, buna görə toyuq ətində hər şeyin dadı var.


Dozer : Yediyim şey sintetik amin turşuları, vitaminlər, minerallarla birləşdirilib. Bədənin ehtiyacı olan hər şey. 


Filmin bir başqa səhnəsində isə, həqiqətləri -Matrix adlı sistemin onlara xəyali bir dünya yaşatdığını- bilən obrazlardan biri, yediyi yeməyi belə təsvir edir:


Mr. Riqan (Reagan) : Bilirsinizmi bu qızardılmış ətin mövcud olmadığını bilirəm. Bunu ağzıma qoyanda Matrixin beynimə bunun sulu və ləzzətli olduğunu dediyini bilirəm...


Yuxarıdakı kadrlarda izahat verən adam, bütün həyatının özünə bir kompyuter proqramı tərəfindən həqiqət kimi göstərildiyini bilir. Bu səbəblə, yediyi qızardılmış ətin ləzzətinin əslində mövcud olmadığını, bunu sadəcə beynində qəbul etdiyini deyir, ancaq yenə də bu ləzzətdən həqiqiymiş kimi zövq aldığını ifadə edir. Bu söhbətlə bağlı kitablarımızda yer verilən izahlardan bir qismi belədir:


Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya" ya da "kainat" dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır. Məsələn, meyvə yeyən biri, əslində meyvənin beynindəki hissiylə təmasdadır, əsliylə deyil. Adamın "meyvə" deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrikli informasiyanın beyində qəbul edilməsindən ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar və ya burundakı qəbuledicilərdən beyinə uzanan sinirdəki bir qopuqluq, qoxu qəbulunuzu tamamilə yox edər. Çünki meyvə, bəzi elektrik siqnallarını beyinin şərh etməsindən başqa bir şey deyil. (Evrim Aldatmacası,II nəşr, səh. 203-204; Zamansızlık ve Kader Gerçeği, səh. 24)


Beyninizdə yaranan bir tort görünüşünə beyninizdə yaranan şəkər dadı əlavə edilər və tort haqqında hər şey sevdiyiniz hala gələr. Siz iştahla tortunuzu yeyəndə aldığınız dad, əslində elektrik siqnallarının beyninizdə meydana gətirdiyi bir təsirdən başqa bir şey deyil. Beyniniz kənardan gələn xəbərdarlıqları necə şərh edərsə siz ancaq onu o cür bilərsiniz. Yoxsa xaricdəki əsliylə əsla təmasda ola bilməzsiniz; məsələn, şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Ya da beyninizə gedən dad bilmə sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz, dadbilmə duyğunuzu tamamilə itirərsiniz. Qəbul etdiyiniz dadların olduqca qüsursuz və həqiqi olması üstəlik bunlara aid görünüşləri də seyr etməniz sizi qətiyyən aldatmasın. Mövzunun elmi şərhi bu şəkildədir. (Hayalin Diğer Adı: Madde, səh. 40)


Eyni şəkildə, bu günə qədər heç bir insan nanənin əslinin dadına baxmamışdır. Nanə hesab edilən dad, beyində yaranan sadəcə bir hissdir. Çünki nanənin əslinə nə toxuna bilər, nə onun əslini görə bilər, nə əslinin qoxusunu və ya dadını ala bilər. Nəticədə, biz həyatımız boyu bizə göstərilən surətlərlə yaşayarıq. Ancaq bu surətlər o qədər həqiqidir ki, heç vaxt surətlərini yaşadığımızı fərq edə bilmərik. (Hayalin Diğer Adı: Madde, səh. 46)

 

... Bir şokoladı ya da sevdiyiniz bir meyvəni yediyinizdə aldığınız dad, elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Xaricdəki obyekt isə əlçatmazdır; şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dadbilmə sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz; dadbilmə duyğunuzu tamamilə itirərsiniz. Bu yerdə qarşımıza bir həqiqət də çıxar: Bir yeməyi daddığımızda bir başqasının o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyimizdə başqa birinin eşitdiyi səsin bizim qəbul etdiklərimizlə eyni olduğundan əmin olmağımız mümkün deyil. (Evrim Aldatmacası, II nəşr, səh. 202-203)