Matrix

Geridə qalan illərdə -bu il də ikinci bölümü ilə- ən çox seyr edilən və bəyənilən filmlərdən biri olan “Matrix”də (The Matrix), süni zəka (artificial intelligence) olaraq bilinən cihazların dünyanı ələ keçirdiyi və insan irqini yalnız bir enerji qaynağı kimi istifadə edərək, insanlara xəyali bir dünya yaşatdıqları ssenari edilir. Yaşadığımız dövrdə ikincisinin yayımlanması ilə birlikdə geniş tamaşaçı kütlələri tərəfindən izlənilən "Matrix", virtual həqiqət meydana gətirən bir kompyuter proqramının çox inkişaf etmiş bir şəklini ifadə edir.


"Neo" ləqəbi ilə xatırlanan filmin baş roldakı aktyoru, bu sistemin içində, böyük bir proqram şirkətində kompyuter proqramçısıdır. Burada yaşadığı və 20-ci əsrin son illərində keçən həyatının həqiqət olduğunu zənn edir. Halbuki, həqiqi bədəni 2199-cu illərdə içi maye dolu, xarici pərdəylə örtülü kapsula bənzər bir məkandadır. Burada özünə nə göstərilsə onu görür, nə hiss etdirilsə onu yaşayır. Əslində, bədəni çox fərqli bir mühitdə və zamanda olmasına baxmayaraq, özünü şəhər kütləsi içində işinə gedib gələn, kompyuter proqramlarıyla məşğul olan bir kəs olaraq düşünür. Qısası, "Matrix" deyilən süni bir dünyada, özünü həqiqi bir həyatı yaşayırmış kimi zənn edir.

 

Həqiqətlərin -Neonun xəyali bir dünyada yaşadığının- fərqində olan "Morfeus" adındakı obraz, film boyu Neoya həqiqətləri izah edir. Məsələn, ona indiyə qədər gördüyü, eşitdiyi, iylədiyi, daddığı, hiss etdiyi şeylərin fiziki bir həqiqiliyinin olmadığını; bunların, beyninin içində özünə göstərilən xəyali görünüşlər olduğunu dəlilləriylə açıqlayır. Sonrakı hissələrdə filmin obrazları arasında baş verən söhbətlərdən nümunələr veriləcəkdir.