Bütün qoxular da beyinin içində yaranar

Qəbul etdiyiniz qoxular da əslində uzaq bir məsafədən sizə gəlib çatmaz. Qoxu hissetmə mərkəzinizdə yaranan təsirləri, xaricdəki maddələrin qoxusu zənn edərsiniz. Halbuki, bir gülün görünüşü necə ki, görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu hissetmə mərkəzinizin içindədir. Xaricdə nə gülün, nə də ona aid bir qoxunun varlığını əsla bilməzsiniz. Çünki hisslərimizin bizə tanıtdığı xarici dünya əslində beynimizə çatan "elektrik siqnalları yığını"ndan başqa bir şey deyildir. Beynimiz həyatımız boyu bu siqnalları qiymətləndirir. Biz də maddənin "xaricdəki" əsli ilə təmasda olduğumuzu düşünərək aldandığımızı bilmədən bir ömür sürərik.


Matrix filminin bir səhnəsində də qoxunun həqiqətindən şübhə edilir, lakin bir tərəfdən də hissdəki inandırıcılığa diqqət çəkilir.


Agent : Mən buradan nifrət edirəm. Bu zooparkdan, bu həbsxanadan, bu həqiqilikdən ya da hər nə deyirsinizsə. Artıq dözə bilməyəcəm. Ən çox da qoxu, belə bir şey varsa. Bunu artıqlaması ilə hiss edirəm.


Filmdəki Matrix adlı kompyuter sistemində, "təhlükəsizlik üzrə məsuliyyət daşıyan agent" obrazının yuxarıdakı ifadələrindən də aydın olduğu kimi, digər bütün hisslərimiz kimi qoxunun da əsli olub-olmadığını başa düşməyimiz mümkün deyil. Bu mövzuya da kitablarımızda belə yer verilmişdir:


Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burnun epitelyum deyilən yerində titrək tüklərdə olan qəbuledicilərə gəlirlər və bu qəbuledicilərdə qarşılıqlı təsirə girərlər. Bu qarşılıqlı təsir beynimizə elektrik siqnalı olaraq ötürülər və qoxu hesab edilər. Nəticədə bizim gözəl ya da çirkin deyə adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsirlərinin elektrik siqnalına çevrildikdən sonra, beyindəki hisslərə çevrilmiş formasından başqa bir şey deyil. Bir ətiri, bir çiçəyi, sevdiyiniz bir yeməyi, dəniz qoxusunu, xoşunuza gələn ya da gəlməyən hər cür qoxunu beyninizdə hiss edərsiniz. Lakin qoxu molekulları beyinə heç bir zaman çata bilməzlər. Səs və görünüşdə olduğu kimi beyninizə ötürülən sadəcə elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən xaricdəki obyektlərə aid olaraq bildiyiniz qoxular duyğu orqanlarınız vasitəsiylə hiss etdiyiniz elektrik xəbərdarlıqlarıdır. (Evrim Aldatmacası,II nəşr, səh. 202)

 

... bir görünüşün zehnimizdə meydana gəlməsi üçün, xaricdə bir qaynaq olmasına ehtiyac yoxdur. Eyni vəziyyət qoxu hissi üçün məqbuldur. Necə ki, yuxunuzda və ya xəyalınızda olmayan bir qoxunu hiss edə bilirsinizsə, real həyatda da qoxusunu duyduqlarınızın xaricinizdə mövcud olub-olmadıqlarından əmin ola bilməzsiniz. Xaricinizdə bu obyektlərin mövcud olduğunu düşünsəniz belə, əsla onların əsilləri ilə təmasda ola bilməzsiniz. (Hayalin Diğer Adı: Madde, səh. 38)