Mövzular
Surətini izlədiyimiz həyatımızMatrix
Elektrik siqnallarından ibarət olan dünya
Hisslərimizin həqiqi olması ...
Görünüşdəki keyfiyyət ...
Fizika qanunları da hisslərimizin ...
Beynimizin içindəki görünüşlərin ...
Görən gözlərimiz deyil ...
Bütün ləzzətlər beyində meydana gələr
Bütün qoxular da beyinin içində yaranar
Hal-hazırda bir yuxuda olmadığınızı ...
Zamansızlıq həqiqəti
Xatirələrimiz də əslində bir xəyaldır
13-cü mərtəbə
Sərt krallıq
Vanil səma
Həqiqətə çağırış
Maddənin əsli mövzusunda elmi inkişaflar
Tək mütləq varlıq Allahdır
Xaricdə maddə vardır, ancaq biz ...
Vanil səma (Vanilla sky)
Vanil Səma adlı filmdə, insanın yaşadığı hadisələrdən nəyin yuxu, nəyin həqiqi həyat olduğu mövzusunda yaşaya biləcəyi tərəddüdə diqqət çəkilir. Həm filmin qəhrəmanı, həm də tamaşaçılar film boyunca bu mövzuda ciddi bir qərarsızlığa düşürlər. Filmin baş rol oyunçusu Devid Eyms (David Aames) ətrafındakı kəslərin ideal olaraq gördükləri dəbdəbəli bir həyata malikdir. Atasının ölümündən sonra özünə miras qalan böyük bir nəşriyyat şirkətinin başçısıdır. İstər fiziki görünüşü, istər maddi mövqeyi, istərsə də ictimai çevrəsi baxımından ətrafındakı hər kəsin qibtə etdiyi bir həyatı yaşayır.
Ancaq bir gün, keçirdiyi bir yol qəzası nəticəsində üzü parçalanır və aktiv həyatı sona çatır. Bir anda köhnə dostlarından kimsəni ətrafında görməz. Özünü tək və bədbəxt hiss etdiyi belə bir dövrdə, geridə qalan həyatını "oyaq yuxu" (lucid dream) deyilən gözəl xəyallarla yaşatmaları üçün bir şirkətlə razılaşma imzalayır. Beləcə, bu adamın zehnində istədiyi yaşda, istədiyi fiziki görünüşlə, istədiyi kəslərlə süni bir həyat yaşadılır. Ancaq eynilə bir yuxuda olduğu kimi adam özünə izlətdirilənlərin bir xəyal olduğunun fərqində olmadan, həqiqi bir həyat yaşadığı təəssüratına qapılır.
Yuxu həqiqidir, yoxsa həyat?
Yuxunuzdakı hadisələr tamamilə sizin nəzarətiniz xaricində inkişaf edir. Nə yeri, nə zamanı, nə də ssenarini siz təyin edərsiniz. Yuxunuzun bir yerlərində özünüzü birdən bəzi hadisələrin içində görərsiniz. Dəyişik məntiq hörgüləri, qarışıq təbiət qanunlarıyla qarşı-qarşıya qalmanıza baxmayaraq bunların bir çoxu sizə qəribə gəlməz. Həqiqətdə nə əliniz, nə gözünüz, nə də görülüb-tutulacaq bir şey olmadığı halda, ətrafınızdakı hər şey sizin üçün həqiqi, əllə tutulan, gözlə görülən şeylərdir.
Yaxşı bu anda həqiqət olaraq qəbul etdiyimiz həyatımızı yuxulardan ayıran nədir? Həqiqi həyatın davamlı olub, “yuxunun kəsik-kəsik olması” ya da “yuxuda fərqli səbəb-nəticə əlaqələrinin olması” deyirsinizsə, bunlar təməldə əhəmiyyətli fərqlər deyildir. Çünki hər iki həyat da beyinin içində meydana gələr. Yuxu əsnasında həqiqi olmayan bir dünyada rahatlıqla yaşaya biliriksə, eyni vəziyyət, yaşadığımız dünya üçün də məqbul ola bilər. Yuxudan oyandığımızda həqiqi həyat dediyimiz daha uzun bir yuxuya başladığımızı düşünməyimizə maneə olan heç bir məntiqli səbəb yoxdur.
Necə ki, “Vanil Səma” adlı filmdə də, hər insanın yaşaya biləcəyi bu ziddiyyət ssenaridə işlənən əsas mövzu olmuşdur. Məsələn, filmin ilk səhnələrində baş rol oyunçusu Devid, elektron saatının "gözlərini aç, gözlərini aç" şəklindəki zəngilə oyanar. Saatının 9:05 olduğunu gördükdən sonra, üzünü yuyar və aynada özünə baxaraq saçından bir tel qoparar. Daha sonra işinə getmək üçün avtomobiliylə yola çıxar. Ancaq hər gün keçdiyi izdihamlı Nyu York küçələrini o səhər boş olaraq görər. Binalar, avtomobillər hər şey yerli-yerində olmasına baxmayaraq ətrafda heç bir insan yoxdur. Tam bu vəziyyətin qorxusunu yaşayarkən, saatının "gözlərini aç, gözlərini aç" zəngilə yenidən oyanar. Yuxusunda xəyal etdiklərini bu dəfə həqiqi həyatında edir. Saatına baxar, 9:05 olduğunu görər, üzünü yuyar, aynada özünə baxar və eynilə yuxusunda etdiyi kimi saçından bir tel qoparar. Sonra da avtomobilinə minərək işə getmək üçün yola çıxar. Yuxusundan tək fərq isə şəhərin küçələrində insanların olmasıdır.
Filmin yandakı kadrlarında görüldüyü kimi yuxuda da adamın özünü həqiqi həyatda etdiklərini edərkən görməsi, hətta bunların həqiqiliyindən heç şübhə etməməsi mümkündür.
Bu mövzu ilə əlaqədar kitablarımızda yer alan izahlardan bir qismi belədir:
İnsan, yuxusunda çox həqiqi hadisələr yaşaya bilir. Pilləkəndən diyirlənib ayağını sındıra bilir, ciddi bir yol qəzası keçirə bilir, bir avtobusun altında qala bilir, acdığında bir tort yeyib doya bilir. Gündəlik həyatda rast gəlinən hadisələrin bənzərləri yuxuda da eyni inandırıcılıqla, eyni hisslərlə yaşanır. Yuxusunda özünü avtobusun vurduğunu görən adam yenə yuxusunda, qəza etdikdən sonra gözünü xəstəxanada aça bilər; şikəst qaldığını anlayar, amma əslində bu bir yuxudur... Yuxusunda yaşadığı bütün bu hadisələrin görünüşlərini, səslərini, sərtlik hissini, ağrını, işığı, rəngləri, hər cür hissi çox aydın bir şəkildə duyur. Yuxuda təmasda olduğu hisslərin hamısı həqiqi həyatdakı qədər təbiidir. Yuxusunda yediyi bir tort hisslərdən ibarət olmasına baxmayaraq adamı doyurar. Çünki doymaq da bir hissdir. Halbuki, həqiqətdə o anda adam yataqda uzanmış vəziyyətdədir. Ortada nə pilləkən, nə yol hərəkəti, nə avtobus, nə də tort var. Yuxudakı adam, xarici dünyada qarşılıqları olmayan qəbul və hissləri yaşayır və görür. Yuxuda, "xarici dünya"da heç bir maddi qarşılığı olmayan hadisələrin yaşanması, görülməsi, hiss edilməsi, "xarici dünya"nın tamamilə hisslərdən meydana gəldiyini çox dəqiq şəkildə ortaya qoyur. (Evrim Aldatmacası,II nəşr, səh. 218; Zamansızlık ve Kader Gerçeği, səh. 39)
İnsan bir itin hücumuna məruz qalsa da, bütün bunları beynində gördüyü həqiqəti dəyişməz. Çünki insan eyni hadisəni yuxusunda da bütün həqiqəti ilə görə bilər, eyni həyəcan və qorxunu yuxusunda da yaşaya bilər. (Hayalin diğer Adı: Madde,səh. 178)
Filmin bir başqa səhnəsində Devid, dostu Sofyaya gördüyü yuxulardan necə təsirləndiyini belə izah edir:
Devid (David) : Necə izah etsəm, çox qorxunc bir yuxu gördüm... Aşağı avtomobilimə enirəm, dostum vardı... orada və yanıma gəldi... Qorxunc bir şəkildə avtomobili sürürdü. O kədərliydi, necə izah etsəm... avtomobili körpüyə doğru sürdü...
Sofya (Sofia) : O anda işə gedəcəkdin?
Devid (David) : Ola bilər. Sonra qolum və üzüm parça-parça olmuşdu. Amma daha da pisi... oyana bilmirəm...
Devid (David) : Yuxularım mənimlə zalım zarafatlar edirdi. Məni incidirlər. Bəzən yuxularımdan həqiqətə oyanmaq istədiyim də olurdu. Amma təkrar yuxuma geri dönə bilmirdim. Edə bilmirəm. Yuxularım hər zaman gözəl olmazdı...
Nəyin həqiqət, nəyin yuxu olduğu mövzusunda yaşanan ziddiyyətlərin əsas səbəbi, hər ikisində də seyr edilən həyatların zehində meydana gəlməsidir. Həqiqət olaraq adlandırdığımız həyatımız da kitab boyunca açıqlandığı kimi, beyinə çatan elektrik siqnallarının meydana gətirdiyi təsirdən başqa bir şey deyildir və yaşadıqlarımızın bizə həqiqi olaraq hiss etdirilməsi də heç bir zaman bir ölçü deyildir. Biz yalnız hisslərimizin beynimizdəki şərhləriylə təmasda olarıq və kənarda bu hisslərimizin maddi qarşılıqlarının olub-olmadığından əsla əmin ola bilmərik. Eynilə yuxularımızda olduğu kimi...
Yuxu ilə əlaqədar bir nümunə mövzunu daha yaxşı açıqlayacaqdır. İndiyə qədər olan izahatımıza uyğun olaraq beynimizin içində bir yuxu seyr etdiyimizi düşünək. Yuxuda xəyali bir bədənimiz olacaqdır. Xəyali bir qolumuz, xəyali bir bədənimiz, xəyali bir gözümüz və xəyali bir beynimiz. Yuxu əsnasında bizə "harada görürsən?" kimi bir sual gəlsə verəcəyimiz cavab "beynimdə görürəm" olacaqdır. Amma ortada həqiqi bir beyin yoxdur. Yalnız xəyali bir bədən, xəyali bir kəllə və xəyali bir beyin vardır. Yuxunuzdakı görünüşü görən iradə isə, yuxudakı xəyali beyin deyil, ondan daha "irəlidə" olan bir varlıqdır.
Yuxudakı mühitlə həqiqi həyat dediyimiz mühit arasında hər hansı bir fiziki fərq olmadığını bilirik. Elə isə, bizə həqiqi həyat dediyimiz mühitdə, "harada görürsən?" sualı soruşulduğunda da yuxarıdakı nümunədəki kimi "beynimdə" cavabını vermənin bir mənası yoxdur. Hər iki vəziyyətdə də görən və qəbul edən iradə, bir ət parçası xüsusiyyətindəki beyin deyildir.
Beyini analiz etdiyimizdə qarşımıza, digər canlı orqanlarda da olan zülal və yağ molekulları kimi molekullardan daha fərqli bir maddə çıxmaz. Yəni beyin dediyimiz ət parçasında, görünüşləri seyr edərək şərh edəcək, şüuru meydana gətirəcək, qısacası "mən" dediyimiz şeyi yarada biləcək bir şey yoxdur. (Evrim Aldatmacası,II nəşr, səh. 208-209)
Bir sonrakı səhifədəki səhnədə isə filmin baş rol oyunçusu Devid həkimiylə danışarkən, həkimi ona xəyal və həqiqəti ayıra bilib-bilmədiyini soruşar. Devid əvvəl özündən çox əmin olaraq ayıra bildiyini deyər. Lakin keçmişinə aid yaddaşındakı xatirələri xatırlamağa çalışdıqca, ən sonunda qərarsızlığa düşərək həqiqəti ayıra bilmədiyini deyər. Üstəlik, filmin qəhrəmanı bütün bu söhbətləri edərkən də özünə izlətdirilən xəyali bir dünya içində yaşayır.
Həkim: Kim idi o restorandakı adam? Kim idi o?
Devid (David) : Bilmirəm.
Həkim : Xəyal və həqiqəti ayıra bilirsənmi?
Devid (David) : Təbii ki? Bəs sən?
Həkim : Bunu düşün, hansı razılaşma imzaladığını yaxşıca düşün. İmzaladınmı?
Devid (David) : Bir imza xatırlayıram.
Həkim : Restorandakı adam da orada idimi? Bir müqavimət hiss edə bilərsən, amma cavab başının içindədir.
Devid (David) : Bəli var. (Bu zaman imzaladığı kağız və texniki xidmət əməkdaşı bir an yaddaşında canlanır.)
Həkim : Yaxşı. Alley kim?
Devid (David) : Mən nəyin həqiqi olduğunu bilmirəm.
Filmin yuxarıdakı hissələrinin də düşündürdüyü kimi insan gördüyü görünüşlərin həqiqətinə qapılaraq xəyali bir dünyanı həqiqi zənn edərək yaşaya bilər. Filmdə özünə göstərilən süni yuxular içində yaşayan Devid, əvvəllər yaşadıqlarının həqiqətinə səmimi olaraq inanır. Bu vəziyyət bir çox insanın bu anda yaşadığı həyat üçün də məqbuldur. Çünki insanlar təmasda olduqları görünüşlərin, səslərin ya da hisslərin əsilləri olduqlarını iddia edərlər. Halbuki, bütün bunlar zehinlərindəki surətlər, yəni əsillərinə heç bir zaman çata bilməyəcəkləri xəyallardır.
Kitab boyunca vurğuladığımız bu məntiqlə əlaqədar daha əvvəlki kitablarımızda yer verdiyimiz izahlardan bir neçəsi belədir:
... maddi qarşılıqları olmayan hissləri həqiqi sanaraq aldanmağımız çox asandır. Necə ki, bu həqiqəti yuxularımızda tez-tez yaşayarıq. Yuxuda tamamilə həqiqət kimi görünən hadisələr yaşayar, insanlar, obyektlər, mühitlər görərik. Amma hamısı bir qəbuldan başqa bir şey deyildir. Yuxu ilə "həqiqi dünya" arasında isə əsas fərq yoxdur; hər ikisi də zehində yaşanar. (Evrim Aldatmacası, II nəşr, səh. 208)
Süni olaraq yaradılan xəbərdarlıqlar nəticəsində, xaricdə hər hansı bir maddi həqiqət yoxkən, beynimizdə əsli qədər həqiqi və canlı bir maddi dünya meydana gələ bilər. Verilən süni xəbərdarlıqlar nəticəsində bir insan, həqiqətdə evində oturarkən təyyarə istifadə etdiyini zənn edə bilər. (Evrim Aldatmacası,II nəşr, səh. 207)
Əslinə çata bilməyəcəyimiz bir dünyanın tamaşaçısı olduğunuzu unutmayın
Başınızı qaldırıb, olduğunuz otaqda gözünüzü gəzdirəcək olsanız, xaricinizdə bir otağın mövcud olduğu, sizin də otağın içində bir yerdə olduğunuz hissini duyarsınız. Basdığınız yerin ayaqlarınızın altında olduğundan, ətrafınızda da hava boşluğunun varlığından əminsiniz. Ancaq bu hisslər, göstərilən görünüşlərin həqiqiliyi, qüsursuz uyğunluğu, üçölçülü olması kimi səbəblərlə sizi və milyardlarla insanı yanıldır.
Halbuki, ailəniz, eviniz, məktəbiniz, iş yeriniz hamısı da sizin üçün zehninizdə yaradılır. Günəş, ay və ulduzlar da sizin içinizdə dönür. Qısacası, siz dünyanın içində deyil, dünya sizin içinizdədir.
Necə ki, filmdəki "oyaq yuxu" (lucid dream) olaraq ifadə edilən xəyali dünya da, bu mövzunun başa düşülməsi baxımından şüur açıcı bir nümunə ola bilər. Aşağıdakı sətirlər insanlara bir yuxu kimi, xəyali bir dünya təqdim edən bir şirkətin təqdimat söhbətləridir. Bunlar bir filmdə yer alan ifadələrdir, amma bu gün inkişaf edən elm sayəsində bu hadisələr tamamilə həqiqətdir. Günümüzdəki texniki imkanlarla, istəyən adama süni bir mühit yaradılaraq həqiqi bir həyat hissi vermək mümkündür.
Təqdimat : Proqramdakı model, kişi, amerikan... Doğum və ölüm... Öz istədiyiniz yaşda həyatınıza istədiyiniz kimi davam edə bilərsiniz... Həyatınıza dilədiyiniz yaşdan davam edə bilərsiniz. Bu anda ya da istədiyiniz gələcəkdə yaşaya bilərsiniz. Xatirələrinizdə olanlarla. Həyatınız həqiqi bir dünyada davam edəcəkdir. Dəqiqə-dəqiqə. Xəyal edə bildiyiniz hər şey. Əgər istəsəniz bir yaz günündə... Gözəl bir filmdə, ya da sevimli pop mahnınızın klipində. Hansını seçərsinizsə seçin, hər şey tamamilə təsiredicidir. Problemlərinizdə texniki dəstək veririk. Yatacaqsınız və həyatınızın geri qalan hissəsi həqiqi bir yuxuda davam edəcəkdir.
Xanım : Oyaq bir yuxu və nə olursa olsun bu bir yuxudur. Dincliyin yuxusu, müvəffəqiyyətin yuxusu, dünya ilə əlaqədar sevdiklərinizin olduğu bir yuxudur. Bunu həqiqi mənada deyirəm. Düşün Devid. Böyük bir həyat. Hər nə istəyirsənsə... Bu zehinin inqilabıdır.
Yuxarıda görüldüyü kimi, filmin qəhrəmanı Devid özünə həqiqi həyat hissi verən, xoşbəxt olacağı bir yuxu izlətdirilməsi üçün razılaşma imzalamışdır. Ancaq bu xəyali dünyanın bir gərəyi olaraq etdiyi razılaşmanı xatırlaya bilmir və yaşadığı xoşbəxtliklərin həqiqi olduğunu zənn edir. Halbuki, o anda bədəni xüsusi bir məkanda olur və özünə məqsədli olaraq, olmasını istədiyi həqiqi görünüşlər göstərilir.
Filmin bir səhnəsində, yaşanan bəzi texniki əksikliklərə görə, razılaşma imzaladığı şirkətin bir işçisi Devidə vəziyyəti açıqlamaq məcburiyyətində qalır. Bir xəyal dünyasında yaşadığını qəbul etmək istəməyən Devid, həddindən artıq reaksiyalar verir. Ancaq şirkətin işçisi olduqları məkandakı görünüşü donduraraq göstərilən görünüşlərin öz idarələrində olduğunu isbatlayar.
Texnik : Problemlərinmi var?
Devid (David) : Bax, kimsənin yaxşılıq etməsinə ehtiyacım yoxdur.
Texnik : Bütün bunların bir açıqlaması var Devid. Bir-birimizi tanıyırıq. Məni internetdə tapmışdın. Sənə kömək etmək üçün buradayam Devid.
Devid (David) : Kimsən sən? Niyə məni izləyirsən?
Texnik : Ən əvvəl və ən əhəmiyyətlisi sakit olmağın lazımdır.
Devid (David) : Sakitləşmək. Sakitləşəcəkmişəm.
Texnik : Duyğularını bir kənara burax... Mənə inan.
Devid (David) : Bax, mən yaxşıyam. Oldumu?
Texnik : David, bütün bu insanlara bir bax. Hamısı bir şəkildə bura gəlmiş deyilmi?
Devid (David) : Təbii ki.
Texnik : Yəni səninlə bir əlaqələri yoxdur.
Devid (David) : Xeyr, yoxdur.
Texnik : Eləmi? Bəlkə onlar buradadırlar, çünki sən burada olmalarını istəyirsən. Sən güclüsən. Hər şeyi yaxşıya apara bilər ya da məhv edə bilərsən.
Devid (David): Yaxşı, hamısının çənələrini, xüsusilə də sənin bağlamağını istəsəm?
Texnik : Gördünmü? Mənimlə bir razılaşma imzaladın Devid.
Devid (David) : Yaxşı, mənim həqiqi həyatımda nə oldu? Necə sizə gəldim?
Texnik : Həqiqətən, bilmək istəyirsənmi?
Devid (David) : Mənə hər şeyi göstər.
Devid (David) : Yəni bütün bunlar bir xəyal idimi? Məsələn, Mc Cabenin (həkiminin adı) bura gəlməsini istəsəm necə?
Görüldüyü kimi insanın süni yollarla həqiqi olduğunu düşünə biləcəyi, ətrafındakı cisimlərə toxunub, yediklərinin dadını ala biləcəyi, gülüb əylənə biləcəyi çox canlı bir dünya içində yaşaması mümkündür və filmdə də bu həqiqət bir mövzu edilmişdir.
Bu həqiqətin başa düşülməsi son dərəcə əhəmiyyətlidir. Çünki maddənin ardındakı bu sirri qavrayan kəslər çox daha fərqli bir ruh halı yaşayacaqlar. Hər şeydən əvvəl, maddənin həqiqi tərəfinin başa düşülməsi ilə insanlar Allahın harada olduğu, cənnət və cəhənnəmin varlığı, ruhun mahiyyəti, ölümdən sonrakı həyat, sonsuzluq kimi mövzuları rahatlıqla qavraya bilirlər. Məsələn, əvvəllər materialist bir dünyagörüşünə sahib və ya bu görüşün təlqini altında formalaşmış insanlar bu mövzuları qavraya bilməzkən, maddənin bir xəyal olaraq qəbul edildiyinin fərq edilməsiylə, Allahın tək mütləq varlıq olduğunu açıq şəkildə görə bilirlər.
Bunun nəticəsi olaraq dünya həyatında bağlanılan hər şeyin, hərisliyin, ehtirasların mənasızlığı görüləcək; qürur və əzəmətin yerini təvazökarlıq və mülayimlik, xəsisliyin və eqoizmin yerini fədakarlıq və köməkləşmə, etibarsızlıq və çətinliyin yerini barış və təvəkkül alacaqdır. Çünki maddənin bir xəyal olduğunu, Allahın "hiss və xəyal mərtəbəsində yaratdığı" bir dünyada yaşadığını anlayan insan, Allahın yaratdığı hadisələr və varlıqlar arasında mübarizə etməkdən xilas olar. Hər xeyirin və şərin Allahdan olduğunu bilər və hər işində Allaha dua edib Ondan kömək istəyər. İnsanların gözlərində böyütdükləri mövqelərin, pulların, mülklərin -görkəmli evlərin, lüks avtomobillərin, bahalı geyimlərin - yalnız bir xəyal olduğunu və Allahın bunları sınamaq üçün yaratdığını bildiyi üçün bunlara bir dəyər verməz.
Ayrıca, maddənin və məkanın bir xəyal olduğunu anlayan insan, Allahdan başqa hər hansı bir varlıqdan qorxmaqdan da xilas olar. Gördüyü hər şeyin Allahın yaratdığı hisslər olduğunun və Allahın icazəsi olmadıqca heç kimin özünə bir şey edə bilməyəcəyinin fərqindədir. İnsanlar özlərinin və gözlərində böyütdükləri insanların bir kölgə varlıq olduqlarını anladıqlarında, Allaha şirk qoşmadan iman edəcək və dünya həyatının aldadıcı bəzəklərinə qapılmadan, yalnız Allahın razılığını qazanmaq üçün yaşayacaqdırlar.
Maddənin xəyal hesab edilməsi mövzusunun, insanların ruh halında necə müsbət bir dəyişməyə səbəb olduğuna kitablarımızda geniş olaraq yer vermişdik. Bunlardan bir qismi belədir:
Tək mütləq varlıq olan Allah, əlbəttə ki, yaratdığı insanı hərtərəfli bilir. Bu, Allah üçün çox asandır. Lakin bəzi insanlar cəhalətləri səbəbiylə, bunu anlamaqda çətinlik çəkirlər. Halbuki, "xarici dünya" sandığımız qəbulları seyr edərkən, yəni həyatımızı davam etdirərkən, bizə ən yaxın olan varlığın, hər hansı bir qəbul deyil, Allahın Özü olduğu açıq-aşkar bir həqiqətdir. Quranda yer alan, "And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verməkdə olduğunu bilirik. Biz ona şah damarından daha yaxınıq" (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlidir. Amma bir insan öz bədəninin "maddə"dən meydana gəldiyini zənn etdiyində bu əhəmiyyətli həqiqəti qavraya bilməz. Çünki özünə ən yaxın olanın yenə öz bədəni olduğunu zənn edir. Məsələn, bu insan öz varlığını "beyni" hesab edirsə, ona şah damarından daha yaxın bir varlıq ola biləcəyinə ehtimal verməz.
... hər şeyin zehnində yaşadığı surətlər olduğunu qavradığında, artıq xarici, içərisi, uzaq, yaxın kimi anlayışların bir mənası qalmamışdır. Şah damarı da, beyni, əli, ayağı da, öz xaricində zənn etdiyi evi, avtomobili və hətta çox uzaqda sandığı günəş, ay, ulduzlar da tək bir səthdədir. Allah onu ətraflı əhatə etmişdir və ona "sonsuz yaxın"dır. (Hayalin Diğer Adı: Madde,səh. 95)
... hər şeyin bir görünüş olduğu həqiqəti isə, bütün bu ehtirasları və bağlılıqları mənasızlaşdırması baxımından çox əhəmiyyətlidir. Çünki bu həqiqətin başa düşülməsi, insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin, ehtirasla sahib olduqları mülklərinin, varlıqlarıyla öyündükləri uşaqlarının, özlərinə ən yaxın sandıqları dostlarının, yoldaşlarının, ən sevdikləri bədənlərinin, bir üstünlük olaraq gördükləri mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin bir xəyaldan ibarət olduğunu göstərir. Bu vəziyyətdə bunlar üçün edilən ehtiraslar, keçirilən zamanlar, sərf olunan səylər də boşunadır.
O halda bəzi insanlar sahib olduqları mal və mülkləriylə, "yaxtalarıyla, vertolyotlarıyla, fabrikləriylə, holdinqləriylə, köşkləriylə, əraziləriylə" sanki bunlar həqiqətən varmışcasına öyündükləri zaman alçalırlar. (Evrim Aldatmacası, II nəşr, səh. 214-215)
... Bunların bənzərlərini yuxularında da tez-tez görərlər. Yuxularında da evləri, çox sürətli avtomobilləri, son dərəcə qiymətli ləl-cəvahiratları, bir yığın dollarları, yığın-yığın qızıl və gümüşləri vardır. Yuxularında da yüksək bir mövqedə olarlar, minlərlə adamın çalışdığı bir fabrikləri olar, bir çox insana hökm edə biləcək bir gücləri olar, hər kəsin heyran qaldığı paltarlar geyərlər... Ancaq necə ki, yuxuda sahib olduqları ilə öyünmək onları gülməli vəziyyətə salırsa, eyni şəkildə bu dünyada təmasda olduqları görünüşlə öyünmək də buna bərabərdir. Yuxularında gördükləri də, bu dünyada əlaqədə olduqları da nəticədə zehinlərindəki bir görünüşdən ibarətdir. (Evrim Aldatmacası, II nəşr, səh. 215-216)
Böyük bir holdinqin sahibi, evləri, son model avtomobilləri, qarşısında əyilən, özünə hörmət edən işçiləri olan bir insan, həqiqətdə sahib olduğu hər şeyi beyninin içində bir görünüş olaraq görür. Sahib olduğu etibarı da yenə beynində meydana gəlir. Çox ciddi və əhəmiyyətli olduğunu düşündüyü, zamanının böyük bir qismini ayırdığı işi, iş yoldaşlarıyla etdiyi yığıncaqlar, qəbul etdiyi qərarlar da yenə beynində meydana gələn görünüşlərdir. Eynilə insan pulunu böyük bir ehtirasla saydığında əslində beynindəki pulları sayar. Qürurla və nümayiş edərək yaxtayla gəzərkən, nümayiş etdirdiyi insanların, yaxtanın və gördüyü mənzərənin beynində yaranan görünüşlər olduğunu fərq edə bilməz. Özünə bu həqiqət izah edildiyində isə, sahib olduğu bütün varlığını və etibarını itirməmək üçün bu həqiqətə şiddətlə etiraz edər. Halbuki, eynilə adam yuxusunda da bunların hamısına sahib olduğunu görə bilər və yuxusunda bunların həqiqiliyindən əsla şübhəyə düşməz. Yuxusunda da özünə bunların həqiqi sahibi olmadığı deyilsə, buna etiraz edər. Ancaq oyandığında hamısının bir xəyal olduğunu anlayar. (Hayalin Diğer Adı: Madde,səh. 108-109)