Virtual həqiqət və elektrik siqnallarından ibarət olan dünya

Günümüzdəki texnologiyanın inkişafı sayəsində, "xarici dünya" və ya "maddə" olmadan, hisslərin çox həqiqi bir şəkildə yaşana biləcəyinə dair müxtəlif nümunələr əldə edilmişdir. Xüsusilə son illərdə inkişaf edən "virtual həqiqət" anlayışı, bu mövzuda olduqca inandırıcı dəlillər təqdim edir.


Virtual həqiqət, ən sadə şəkliylə, kompyuterdə canlandırılan üçölçülü görünüşlərin, bəzi cihazların köməyi ilə insanlara "həqiqi bir dünya" kimi göstərilməsidir. Bu gün bir çox sahədə fərqli məqsədlərlə istifadə edilən bu texnologiyaya, bu səbəblə, "süni həqiqət", "virtual dünyalar", "virtual yerlər" kimi adlar da verilir. Virtual həqiqətin ən vacib xüsusiyyəti, xüsusi alətlər istifadə edən bir adamın gördüyü görünüşü həqiqi zənn edərək, aldanmasıdır. Bu səbəblə, son illərdə virtual həqiqət ifadəsinin ingiliscə qarşılığının əvvəlində "immersive" sözü də istifadə edilir və bu sözün mənası "dalmaq, qapılmaq"dır. (Immersive Virtual Reality: Qapdıran virtual həqiqət)


Virtual dünyanın yaradılması üçün lazımlı olan alətlərdə istifadə edilən sistem, beş duyğu orqanımız üçün uyğun olan sistemlə eynidir. Məsələn, istifadəçinin əlinə keçirdiyi əlcəyin içindəki mexanizmin təsiriylə, barmaq uclarına bəzi siqnallar verilər və bu siqnallar beyinə ötürülər. Beyin bu siqnalları ayırd edəndə bu adam, ətrafında olmadığı halda ipək bir parçaya və ya səthində bir çox girinti və çıxıntı olan, qabarıq naxışlı bir vazaya toxunduğunu hiss edər.


Virtual həqiqətin istifadəsinə başlayan əhəmiyyətli sahələrdən biri də tibb sahəsidir. Miçiqan Universitetində təkmilləşdirilmiş bir texnikayla həkim namizədləri və xüsusilə təcili xidmət heyəti süni bir əməliyyatxana mühitində təlimləndirilir. Bu tətbiqdə, bir otağın döşəməsinə və divarlarına əməliyyatxana ilə bağlı görünüşlər, əməliyyatxananın ortasına isə bir əməliyyat masası və bir "xəstə"nin görünüşü əks etdirilir. Həkim namizədləri isə üçölçülü eynəklərini taxaraq bu virtual xəstə üzərində əməliyyata başlayırlar. Növbəti səhifədəki şəkillərdən də aydın olacağı kimi, bu rəsmi görən bir insan, hansının həqiqət, hansının virtual olduğunu ayıra bilməyəcəkdir.


Matrix adlı filmdə də, filmin iki qəhrəmanı, bir kürsüdə yatmış vəziyyətdə ikən sinir sistemlərinə bir kompyuter bağlandığında özlərini tamamilə fərqli məkanlarda görürlər. Bir səhnədə, uzaq şərq idmanları edərkən, bir başqa səhnədə isə özlərini tamamilə fərqli geyimdə çox izdihamlı bir prospektdə getdiklərini görürlər. Filmin qəhrəmanı Neo, yaşadıqlarının həqiqiliyi qarşısında, bunların kompyuter tərəfindən yaradılan görünüşlər olduğuna inanmadığını dediyində isə, kompyuterdəki görünüş dondurularaq bu adama həqiqi zənn etdiyi dünyanın əslində bir görünüş olduğuna inandırılır.


Filmin bir səhnəsində realda başına naqillər bağlanmış şəkildə, pis geyimlərdə, olduqca köhnə bir kürsüdə uzanan Neo, kompyuter proqramı yükləndikdən sonra özünü tamamilə fərqli paltarlarla tamamən fərqli bir yerdə görür. Pis görünüşlü geyimləri dəyişmiş, saçı uzanmışdır. Olduğu simulyasiya mühitində, həqiqi halından tamamilə fərqli bir görünüşə bürünmüşdür.


Morfeus (Morpheus) : Bu inşa, bizim yükləmə proqramımızdır. Hər şeyi yükləyə bilərik. Geyim, təchizatlar, silah, təhsil simulyasiyaları, ehtiyacımız olan hər şeyi.
Neo : Hal-hazırda bir kompyuter proqramının içindəyikmi?


Morfeus (Morpheus) : Buna inanmaq çox çətindir? Geyimlərin fərqlidir. Qollarındakı və başındakı əlaqələr yoxdur. Saçın dəyişib. Hal-hazırdakı görünüşün müvəqqəti bir insan rəsmidir. Rəqəmsal mənliyinin zehni bir proyeksiyasıdır.


Söhbətlərindən aydın olduğu kimi filmdəki Neo adlı obraz, gördüklərinin xəyal ola bilməyəcək qədər həqiqi olmasına görə həqiqəti qəbul etmək istəmir. Bu zaman həqiqətlərin şüurunda olan Morpheus ilə aralarında belə bir söhbət keçir:


Neo : Bu həqiqət deyil? (kürsünü göstərərək)
Morfeus (Morpheus) : Həqiqət nədir? Həqiqəti necə tərif edə bilərsən? Əgər hiss edə bildiyin, iyləyib, dadıb, görə bildiyin şeylərdən danışırsansa, həqiqət, beyinə göndərilən elektrik siqnallarının şərh olunmasıdır.


Morfeus (Morpheus) adıyla xatırlanan müdrik adam tərəfindən Neoya həqiqi olduğunu düşündüyü dünyanın, əslində simulyasiyadan başqa bir şey olmadığı göstərilir. Buna, gördüyü hər ayrıntı daxildir. Avtomobillər, şəhərin səs-küyü, nəqliyyat, göydələnlər, okean, insanlar, qısacası, hər şey yalnız kompyuter proqramı ilə zehində yaranan canlandırmadan ibarətdir. Diqqət edilərsə, Morfeus (Morpheus) adlı obraz, yuxarıdakı sözlərində həqiqi zənn edilən hisslərin beyinə ötürülən elektrik siqnallarının şərhi olduğunu elmi olaraq izah edir.


Bu mövzu ilə bağlı kitablarımızda yer alan açıqlamalardan bir qismi belədir:
Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğu orqanının vasitəsiylə gəlir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Doğulduğumuz andan etibarən bu hisslərə bağlı olduğumuz üçün "xarici dünya"nın, hisslərimizin bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünmədik.


Halbuki, bu gün bir çox elm sahəsində aparılan araşdırmalar son dərəcə fərqli bir anlayışı özü ilə bərabər gətirmiş, hisslərimiz və qəbul etdiyimiz dünya ilə bağlı ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.


Bu yeni anlayışın çıxış nöqtəsi isə budur: Bizim "xarici dünya" hesab etdiklərimiz, yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın sərtliyi, hətta ananız, atanız, ailəniz, sahib olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri yalnız və yalnız beyninizdəki elektrik siqnallarından ibarətdir. (Evrim Aldatmacası,II nəşr, səh. 198)


Biz, "görürəm" deyərkən, əslində gözümüzə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsiri" görürük. Yəni "görürəm" deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edirik. Həyatımız boyunca gördüyümüz hər görünüş bir neçə sm3-lik görmə mərkəzində meydana gəlir. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də, bu kiçik yerdə meydana gəlir. (Evrim Aldatmacası, II nəşr, səh. 200)


Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya" ya da "kainat" dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır. (Evrim Aldatmacası, II nəşr, səh. 203)


Bu nöqtədə təəccüblü bir həqiqətlə də qarşılaşırıq: Beynimizdə, əslində nə rənglər, nə səslər, nə də görünüşlər vardır. Beynimizdə olan tək şey elektrik siqnallarıdır. Bu, fəlsəfi bir görüş deyil; hisslərimizin fəaliyyəti ilə bağlı elmi bir izahdır. (Hayalin Diğer Adı: Madde, səh. 16)


Görmə hadisəsi olduqca mərhələli bir şəkildə reallaşır. Görmə əsnasında, hər hansı bir cisimdən gələn işıq dəstələri (fotonlar), gözün önündəki linzanın içindən qırılaraq keçər və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşərlər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə xəbərdarlıqları, sinirlər vasitəsiylə beyinin arxa qismindəki görmə mərkəzi adı verilən kiçik bir bölgəyə çatarlar. Bu elektrik siqnalı bir sıra əməliyyatdan sonra beyindəki bu mərkəzdə görünüş olaraq qəbul edilər. Yəni görmə hadisəsi, əslində beyinin arxasındakı kiçik, işığın heç vaxt girə bilmədiyi, qapqaranlıq bir nöqtədə yaşanar. (Evrim Aldatmacası, II nəşr, səh.199-200)


Göründüyü kimi Matrix filmində işlənən mövzu, kitablarımızda yer verdiyimiz elmi həqiqətlə eyni paraleldədir. İstər filmdəki söhbətlərdə, istərsə də yuxarıdakı sitatlarda ifadə edildiyi kimi, biz yalnız bizə beynimizdə göstərilən görünüşlərlə təmasda olarıq. Nə qədər həqiqi olurlarsa olsunlar, bütün hisslərimiz zehnimizin bir şərhidir. Bu səbəbdən, seyr etdiyimiz, parçası olduğumuz bu görünüşlərin süni siqnallarla yaradılıb yaradılmadığından heç vaxt əmin ola bilmərik. Başqa sözlə desək, həqiqət ilə xəyal arasındakı fərqi əsla deyə bilmərik.