Xaricdə maddə vardır, ancaq biz maddənin əslinə çata bilmərik

Sayt boyunca maddənin əslinə heç bir zaman çata bilməyəcəyimiz, maddənin bizim üçün bir xəyaldan ibarət olduğu həqiqətinə toxunduq. Ancaq maddə xəyaldır demək, maddə yoxdur demək deyil. Əksinə, biz görsək də görməsək də maddi bir dünya vardır. Ancaq biz bu dünyanı beynimizin içində bir surət -digər bir sözlə hisslərimizin şərhi olaraq- görərik. Bu səbəbdən, maddə, bizim üçün xəyaldır.
Qaldı ki, xaricdə maddənin varlığını, bizdən başqa görən varlıqlar da vardır. Allahın mələkləri, yazıçı olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:

Onun sağında və solunda oturan iki yazıçı yazarlarkən

O, söz olaraq (hər hansı bir şey) söyləməsin, mütləq yanında hazır bir nəzarətçi vardır. (Qaf surəsi, 17-18)

 

Hər şeydən əhəmiyyətlisi, ən başda Allah hər şeyi görür. Bu dünyanı hər cür təfərrüatıyla Allah yaratmışdır və Allah hər halıyla görür. Quran ayələrində belə xəbər verilir:

 

... Allahdan qorxub-çəkinin və bilin ki, Allah etdiklərinizi görəndir.
(Bəqərə surəsi, 233)


De ki: "Mənimlə aranızda şahid olaraq Allah yetər; şübhəsiz, O, qullarından həqiqətən xəbərdardır, görəndir." (İsra surəsi, 96)

 

Ayrıca, unutmamaq lazımdır ki, Allah bütün hadisələri "Lövhi-məhfuz" adlı kitabda qeydli tutur. Biz görməsək də bunların hamısı Lövhi-məhfuzda vardır. Hər şeyin, Allahın Qatında, Lövhi-məhfuz olaraq adlandırılan "Ana Kitab"da saxlandığı belə bildirilir:

 

Şübhəsiz o, Bizim Qatımızda olan Ana Kitabdadır; çox ucadır, hökm və hikmət doludur. (Zuxruf surəsi, 4)

 

... Qatımızda (bütün bunları) saxlayıb-qoruyan bir kitab vardır. (Qaf surəsi, 4)

 

Göydə və yerdə gizli olan heç bir şey yoxdur ki, açıq-aşkar olan bir kitabda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75)