Xatirələrimiz də əslində bir xəyaldır

Filmdə baş roldakı aktyor Neo, həqiqətləri yəni indiyə qədər həqiqi zənn etdiyi həyatının bir xəyaldan ibarət olduğunu öyrəndikdən sonra, təkrar Matrix adındakı virtual dünyaya gedəndə ətrafını heyrətlə izləyər. Avtomobildəki səfəri boyunca keçmişinə aid bəzi şeyləri xatırlayar; ancaq bunların heç birinin əslində yaşanmamış olmasından dolayı çaşqınlıq duyar. Neonun, keçmişinə aid xatirələr kimi düşündüyü hadisələrin hamısı, yaddaşına süni olaraq verilmiş görünüşlərdən ibarətdir.


Morfeus (Morpheus) : İnanılmazdır elə deyil?
Neo : Allahım.
Triniti (Trınıty) : Nə oldu?
Neo : Orada yemək yeyirdim. Ləzzətli makaron hazırlayırlar. Həyatımla əlaqədar xatirələrim var. Heç biri olmayıb.


Bu mövzuda kitablarımızda yer vermiş olduğumuz şərhlərdən bir neçəsi belədir:
Biz, bizə verilən təlqindən dolayı, keçmiş, indi və gələcək kimi hissələrə ayrılmış zaman dilimlərini yaşadığımızı zənn edərik. Halbuki, "keçmiş" kimi bir anlayışa sahib olmağımızın tək səbəbi, -daha əvvəl də ifadə etdiyimiz kimi- yaddaşımıza bəzi hadisələrin verilməsidir. Məsələn, ibtidai məktəbdə qeydiyyat olunduğumuz an yaddaşımızda olan bir məlumatdır və biz bu səbəblə bunu keçmiş bir hadisə hesab edərik. Gələcəklə bağlı hadisələr isə yaddaşımızda yoxdur. Bu səbəblə, biz hələ xəbərdar olmadığımız bu hadisələri "yaşanacaq", "gələcəkdə meydana gələcək" hadisələr kimi qəbul edirik. Halbuki, keçmiş necə bizim üçün yaşanıb, təcrübə edilib, görülmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün biz bunları bilmirik. (Hayalin Diğer Adı: Madde, səh. 139)


5 yaşındaykən baqqaldan aldığınız bir vaflini yeyərkən hiss etdiyiniz şəkərin dadı, 7 yaşında ibtidai məktəbə başlayacağınız gün səhər erkən saatda həyəcanla oyanmanız, liseydəki coğrafiya dərsində içinizdə hiss etdiyiniz çətinlik, riyaziyyat müəlliminizin taxtaya yazdığı uzun tənliklər, bir yaxınınızı itirdiyiniz yol qəzasında hiss etdikləriniz, işinizdə qazandığınız bir müvəffəqiyyət səbəbiylə yaşadığınız qürur, illərlə xəyal etdiyiniz bir şeyi almağa gedərkən hiss etdiyiniz sevinc, qısacası, yaşadığınız və hiss etdiyiniz, başınıza gələn bütün bu hadisələr əslində eynilə qalır, sadəcə sizin beyninizdə mühafizə edilir. Mühafizə edilən də xatirə olaraq, an olaraq yəni keçmiş kimi hiss etdirilir. Hal-hazırda var olan o səhnələri beyniniz qəbul edir... İnsanlar axan bir zamana tabe olduqlarını düşünər, həyatlarının keçmiş, indi və gələcək olmaq üzrə hissələrə ayrıldığını zənn edərlər… Lakin yaradılmış hər canlının, hər hadisənin və hər şeyin eynilə bir film xəttini meydana gətirən kadrlar kimi, kadr-kadr sonsuz olaraq yaradıldığını və eyni anda var edildiyini bilmək bu qavrayışı asanlaşdıracaq. (Sonsuzluk Başlamış Durumda, səh. 74-75)

 

Bu həqiqətin bizi apardığı fövqəladə nəticə

İnsan beyninin xaricində maddə olaraq adlandırılan, görünüşdən yaranan və möhkəmlik hissi verilən bir aləm vardır. Ancaq siz bu aləmə əsla duyğu orqanlarınız vasitəsilə ilə çata bilməzsiniz. Hər insan beynində yaranan aləmi seyr edər, beynində yaranan aləmə toxunar, beynindəki aləmin səsini dinləyər.


Allah, yaratdığı maddə aləmini, hər insana beynində bir görünüş olaraq izlətdirməklə yanaşı bu görünüşə möhkəmlik, sərtlik verərək görünüşü həqiqət kimi qəbul etdirir. 20-ci əsrdə elmi tapıntılarla sübut edilən bu həqiqət əsrlər əvvəl yaşayan böyük İslam alimi imam Rəbbani tərəfindən ətraflı bir şəkildə izah edilmişdir. İmam Rəbbaninin, məktublarından birində belə bir izahı var:


Xaricdə və həqiqətdə, Allah Təaladan başqa, varlıq yoxdur. Allah Təala, qüdrəti ilə, öz adlarının və sifətlərinin kamalını mümkün surətlərinin pərdəsində göstərib, yəni əşyanı, öz kəmalatına uyğun şəkildə hiss və vəhm mərtəbəsində icad edib, var etmişdir. Beləliklə, əşya, vəhmdə görünüb, xəyalda davam edir. O halda əşya, xəyalda göründüyü üçün vardır. Lakin Allah Təala, bu görünüşə davam verdiyi, yox olmaqdan qoruduğu əşyanın quruluşuna möhkəmlik verdiyi və əbədi rəftarı da bunlara bağlı etdiyi üçün, vəhmdəki varlıq və xəyaldakı davam da, həqiqi varlıq olmuşdur. (İmam-ı Rabbani, ikinci cild, 44-cüməktub)


Burada izah edilən, hər insanın üzərində çox ciddi düşünməsi lazım olan çox əhəmiyyətli bir həqiqətdir. Çünki bu həqiqəti görməməzlikdən gələn hər insan, ömrü boyunca kiçik bir nöqtədə yaranan görünüşü həqiqi zənn edərək aldanar. Məsələn, beynindəki bir nöqtədə yaranan binaların sahibi olduğunu zənn edən bir adam, bu görünüşdən ötəri qürurlanar, lovğalanar, bir gün öləcəyini unudaraq özünü sonsuz güclü zənn edər və ya beynindəki bir nöqtədə yaranan kasıb həyat görünüşü başqa bir insanın məzlum, bədbəxt və ümidsiz yaşamasına səbəb olar. Beyninin içindəki kiçik bir yerdə yaranan pul görünüşünü itirən insan dərhal pərişan olar. Beyninin içindəki avtomobil görünüşünün cızıldığını görən bir başqası isə hiddətlənər, mal ehtirasından ötəri böyük bir ehtiras duyar. Halbuki, bu kəslərin hər biri yuxusunda varlı və ya kasıb olan və ya yuxusunda avtomobili cızılan bir insandan fərqli bir vəziyyətdə deyillər. Cızılan avtomobil, beynimizin içində yaranan bir avtomobil görünüşüdür. Bu avtomobilin əslini, xaricdəki əsl halını heç kim, heç bir zaman bilməz və görməz. Bunu ancaq beynimizdəki və xaricindəki aləmi yaradan uca Allah bilir.


Məhz bu həqiqətin fərqində olmayan və ya çox açıq olmasına baxmayaraq bu həqiqəti qəbul etmək istəməyən insanlar, həyatları boyu həmişə yanılma içində, həqiqətləri görməzlikdən gələrək yaşayarlar. Bu insanların vəziyyəti bir kino filmini və ya teatr oyununu həqiqi zənn edərək bu filmin və ya oyunun içində yaşamaq istəyən bir insanın vəziyyəti kimidir. Ətrafındakılar bu insanı nə qədər razı salmağa və ona həqiqəti göstərməyə çalışsalar da bu insan bunu bilməzlikdən gəlir.


Ancaq hər insanın, heç bir istisna olmadan, bu həqiqəti anlayacağı, qavrayacağı və qəbul edəcəyi bir an vardır. Məhz bu an hər insana ölümlə birlikdə gələcəkdir. Ölümlə birlikdə insanın beynində seyr etdiyi dünya həyatına dair görünüş dəyişəcək, bunun yerinə ölüm anının, hesab gününün və axirətin görünüşü gələcəkdir. Allahın Quranda bildirdiyi kimi, ölümlə birlikdə insan sanki bir yuxudan oyanacaq, yuxusundan real dünyaya keçən kimi, həqiqi və sonsuz həyatına keçəcək, bu həyatın da görünüşü daha dəqiq və həqiqi olacaqdır. Eynilə yuxusundakı daha bulanıq görünüşdən oyanıb daha dəqiq olan dünya həyatına keçən insan kimi. Ayələrdə bütün aləmlərin Rəbbi olan Allah bu həqiqəti belə bildirir:

 

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”.
(Yasin surəsi, 52)

 

Andolsun, sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”
(Qaf surəsi
, 22)

 

Hər sözü etibarlı, elm və hikmətiylə nümunə olan Peyğəmbərimiz (s.ə.v) də bir hədisi şərifində "insanlar yuxudadır, ölümlə oyanarlar" (İmam Gazali, İslam Klasikleri 2, Bedir Yayınları, 18 səh. 36152) buyuraraq bu həqiqətə diqqət çəkmişdir.


Həqiqi olan ölümdən sonrakı həyatdır. Dünya həyatı isə, eynilə bir yuxu kimi insana beynindəki kiçik bir nöqtədə izlətdirilən bir görünüş aləmidir. Bir insanın bu görünüşə aldanıb, həqiqi və sonsuz həyatını unutması, düşünməməsi isə böyük bir qəflət və yanılmadır. Bu həqiqəti dünyada görməyənlər axirətdə böyük bir peşmançılıq yaşayacaqlar. Həyatları boyu bağlandıqları, həqiqi zənn edərək arxasından süründükləri, Allahı və axirəti unudaraq şirk qoşduqları insanların, malların, vəzifələrin, ünvanların əslində bir xəyal olduğunu, beyinlərindəki görünüşlər olduğunu başa düşəcəklər və bu peşmanlıqlarını dilə gətirəcəklər. Əsla yox olmayacağını zənn etdikləri şeylərin bir-bir itdiyini gördüklərində böyük hüsrana uğrayacaqlar. Allah, bu insanların axirətdəki etiraflarını Quranda belə bildirir:

 

Sonra onlara deyiləcək: "Sizin şirk qoşduqlarınız haradadır? Allahdan başqa ibadət etdikləriniz?” Onlar deyəcəklər: “Onlar bizi qoyub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri beləcə azğınlığa salar.
(Mömin surəsi, 73-74)

 

Nəhayət, elçilərimiz onların canını almaq üçün yanlarına gəldikdə: “Allahdan savayı çağırdıqlarınız haradadır?” – deyəcəklər. Onlar: “Bizi qoyub qaçıblar!” – deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.
(Əraf surəsi, 37)

 

Dünyada bu həqiqətləri görməzlikdən gələrək, düşünməyən hər insan axirətdə eyni sözləri deyə bilər, eynilə bağışlanması olmayan peşmanlığı yaşaya bilər. Allahın bir yuxu kimi göstərdiyi dünya həyatına qapılıb gedənlər, ölümü həqiqi və tək həyatlarının sonu zənn edənlər, ölümlə birlikdə içində olduqları bu qəflət yuxusundan oyanacaq, yuxularından ayrılacaqlar və məhz o zaman əsl həqiqəti görəcəklər. Ağlını və vicdanını istifadə edən, səmimi və diqqətli düşünən hər bir insan isə, daha dünyada ikən həqiqətləri fərq edərək, axirət həyatı üçün ciddi bir cəhd içində olacaqdır.