Zamansızlıq həqiqəti

Zaman, bizim, yaşadığımız hadisələr arasında etdiyimiz müqayisəyə əsaslanan bir anlayışdır. Məsələn, bir adam avtomobilə minər. Sonra maşın açarını çevirər və qaz pedalına basaraq avtomobili hərəkət etdirər. Bir qədər yol getdikdən sonra avtomobilini səkinin kənarında saxlayar. Adam, bütün bu hərəkətlər arasında müqayisə aparar; hər biri arasında bir müddət keçdiyini düşünər və beləliklə, zaman hissini əldə edər.


Bütün hadisələr bizə müəyyən bir sıralama üsulu ilə göstərildiyi üçün, zamanın həmişə irəli doğru axdığını düşünürük. Məsələn, bir yarpaq ağacdan həmişə aşağı doğru düşər, yuxarı doğru qalxmaz və ya yağış damlaları həmişə göydən düşər, damlaların heç bir zaman damcılar halında yuxarı doğru qalxdığını görə bilmərik. Beləliklə, bir yarpağın ağacın budağındakı halı keçmişdirsə, aşağıya düşdüyü halı gələcəkdir. Halbuki, əgər yaddaşımızdakı məlumatlar, bir filmin başa verilməsi kimi tərsinə göstərilməyə başlayarsa bizim üçün gələcək, yəni yarpaqların aşağıda olması halı keçmiş olar, ağacın təpəsindəki halı isə gələcək olar.


Bu nümunədən aydın olduğu kimi zaman, hiss edənə bağlı olaraq dəyişən bir hissdir. Zamanın nisbiliyi yəni, dəyişkənliyi o qədər fərqlidir ki, bizim üçün minlərlə il davam edən bir zaman hissi, bir başqa yerdə yalnız tək bir saniyə belə davam edə bilər. Hətta, kainatın əvvəlindən axıra qədər keçən çox böyük bir zaman, bir başqa yerdə bir saniyə belə deyil, sadəcə bir "an" ola bilər.


Matrix filmində də bütün hisslərlə birlikdə, zamanın da nisbi olduğu vurğulanaraq Neoya zaman mövzusunda da aldandığı izah edilir. Aşağıdakı kadrlarda filmin qəhrəmanı Neo, 2060-cı ildə ABŞ-da hazırlanmış, hava və quru nəqliyyat vasitəsi olaraq istifadə edilən bir gəminin içərisindədir. Daha əvvəl Matrixin içində geydiyi qəşəng paltarları ya da yaşadığı şəhərin müasir görünüşü artıq yoxdur. Bunun yerinə köhnəlmiş paltarlar geyinmiş və xaraba görünüşlü bir məkandadır.


Neo : Morpheus mənə nə oldu? Bura haradır?
Morfeus (Morpheus) : Nə deyil, nə vaxt?
Neo : "Nə vaxt" mı?
Morfeus (Morpheus) : 1999-cu ildə olduğumuzu zənn edirsən amma 2199-a yaxınsan. Neçənci ildə olduğumuzu dəqiq deyə bilmərəm, çünki biz də dəqiq bilmirik. Hələlik bunu izah edəcək bir şey deyə bilmərəm.


Bir kimsəyə bütün yaşadıqları kimi zaman hissi də süni siqnallarla çox fərqli olaraq hiss etdirilə bilər. Zamansızlıq həqiqəti ilə bağlı kitablarımızda yer verilən izahlardan bir qismi belədir:
Zaman bir hissdən ibarət olduğuna görə də, tamamilə hiss edənə bağlı, yəni nisbi bir anlayışdır.


Zamanın axış sürəti, onu ölçərkən istifadə etdiyimiz istinadlara görə dəyişər. Çünki insanın bədənində zamanın axış sürətini mütləq bir düzgünlüklə göstərəcək təbii bir saat yoxdur...


Zamanın nisbiliyi, yuxuda çox aydın bir şəkildə yaşanar. Yuxuda gördüklərimizi saatlar davam etmiş kimi hiss etsək də, əslində hər şey bir neçə dəqiqə hətta bir neçə saniyə davam etmişdir. (Zamansızlık ve Kader Gerçeği, səh. 70-71)


... zamanın nisbi (nisbi-relativ) bir anlayış olduğu, materialistlərin əsrlərdir zənn etdikləri kimi dəyişməz və sabit olmadığı, dəyişən bir hiss olduğu da bu əsrdə ortaya çıxmışdır. Zamanın və məkanın nisbiliyi Eynşteynin "Relativite" nəzəriyyəsiylə sübut edilmiş və bu həqiqət bu günkü müasir fizikanın təməlini meydana gətirmişdir.


Nəticə olaraq, zaman və məkan mütləq olmayan, başlanğıcları olan, Allahın yoxdan var etdiyi anlayışlardır. Zamanı və məkanı yaradan Allah, əlbəttə ki, bunlara tabe deyil. Allah, zamanın hər anını zamansızlıqda təyin etmiş, təsbit etmiş və yaratmışdır… (Zamansızlık ve Kader Gerçeği, səh. 10)

 

İnsanlar zamana tabe olduqları üçün belə bir hadisə onlara uzaq gəlir, halbuki, Allah qatında zaman yoxdur, daha əvvəl də qeyd etdiyimiz kimi keçmiş və gələcək tək bir andır. Eynilə bir video kasetdəki kadrların tək bir anda mövcud olması kimidir… Biz bir filmi seyr etdikdən sonra necə ki, o filmi geriyə qaytarıb yenidən seyr edə biliriksə, bizim üçün keçmiş hadisələri Allahın diləməsiylə yenidən seyr etməyimiz mümkündür. Əhəmiyyətli olan Allahın o an bizə o hadisələrə aid hissləri təkrar hiss etdirməsidir. (Sonsuzluk Başlamış Durumda, səh. 90)