Hal-hazırda bir yuxuda olmadığınızı necə isbat edə bilərsiniz?

İnsanlar yuxularından oyandıqlarında o ana qədər gördüklərinin xəyal olduğunu başa düşərlər, amma "oyanma" görünüşüylə başlayan və adına "real həyat" dedikləri həyatın bir xəyal ola biləcəyindən nədənsə heç şübhələnməzlər. Halbuki, "real həyatımız" dediyimiz görünüşləri hissetmə şəklimiz, yuxularımızı hissetmə şəklimizlə tamamilə eynidir. Hər ikisini də zehnimizdə görürük və yuxularımızdan oyandırılmadığımız müddət ərzində, onların bir xəyal olduğunu başa düşmərik. Ancaq oyandığımız zaman "demək ki, gördüklərim bir yuxuymuş" deyərik.


Elə isə hal-hazırda gördüklərimizin bir yuxu olmadığını necə isbat edə bilərik? Yalnız hələ oyandırılmamış olduğumuz üçün, içində olduğumuz anı həqiqi zənn edə bilmərikmi? Hər gecə gördüyümüz yuxulardan daha uzun olan bu yuxudan bir gün oyandırıldığımızda, bu həqiqətlə qarşılaşmağımız çox yaxşı mümkündür və bunun əksini isbatlayacığımız heç bir dəlilimiz yoxdur.


Yuxuda "əlinizlə tutar, gözünüzlə görərsiniz", amma əslində nə əliniz vardır, nə gözünüz, nə də görüb tuta biləcəyiniz bir şey. Bütün bunları beyinin xaricində təmin edən heç bir maddi həqiqət yoxdur. Açıq şəkildə aldanırsınız. Yaxşı, bəs real həyatla yuxunu ayıran nədir? Real həyatın davamlı olub, yuxunun kəsik-kəsik olması ya da yuxuda fərqli səbəb-nəticə əlaqələrinin olmasımı? Bunlar təməldə əhəmiyyətli fərqlər deyildir. Çünki nəticədə hər iki həyat da beyinin içində yaranar. Yuxu əsnasında həqiqi olmayan bir dünyada rahatlıqla yaşaya biliriksə, eyni şey içində olduğumuz dünya üçün də məqbul ola bilər. Yuxudan oyandığımızda real həyat dediyimiz daha uzun bir yuxuya başlamadığımızdan heç bir şəkildə əmin ola bilmərik. Yuxunu xəyal, dünyanı həqiqi saymamızın səbəbi, yalnız vərdişlərimiz və qeyri-obyektivliyimizdir və bu vəziyyət, bəlkə də bir gün, hal-hazırda yaşadığımızı zənn etdiyimiz dünya həyatından eynilə yuxudan oyandırıldığımız kimi oyandırıla biləcəyimizi göstərər.


Matrix adlı filmdə də, bu əhəmiyyətli nöqtə üzərində dayanılır. Filmin baş roldakı aktyoru Neo, tez-tez yuxu ilə real həyat arasında tərəddüdə düşər. Filmin bir səhnəsində Neo, güzgüyə baxanda güzgüdəki qırıqlardan dolayı üzünü üç parça şəklində görür. Daha sonra güzgüdəki qırığın itərək görünüşünün düzəldiyini görür. Bunun çaşqınlığıyla ətrafındakılara dönərək onların da bu vəziyyəti görüb-görmədiklərini soruşar. Həqiqət olduğunu yoxlamaq üçün güzgüyə toxunduğunda isə, güzgü yapışqan bir hal alar və bədənini metal bir örtü kimi bürüməyə başlayar, hətta bu örtünün soyuqluğunu belə hiss edər. Bütün bu gördüyü, hiss etdiyi şeylərin həqiqi ola biləcəyinə ehtimal vermədiyi halda, yaşadıqları bədən tarazlığını sarsıdacaq dərəcədə həqiqidir. Müdrik adam rolundakı Morfeus (Morpheus) da Neoya, gördüklərinin, yaşadıqlarının həqiqiliyinə aldanmaması üçün, real dünya ilə xəyal dünyası arasındakı fərqin nə olduğunu soruşar:


Morfeus (Morpheus)  : Həqiqi olduğuna inandığın bir yuxu gördünmü Neo? Bəlkə o yuxudan oyana bilməzsənsə?

 

Xəyal dünyası ilə real dünya arasındakı fərqi necə başa düşərdin?
Neo : Bu ola bilməz!
Morfeus (Morpheus) : Nə ola bilməz? Həqiqətmi?


Aşağıda bu mövzu ilə əlaqədar kitablarımızda yer verdiyimiz nümunələr və izahlar var:
Yuxusunda yüksək bir yerdən aşağı düşən bir insan da bunu bütün bədəni ilə hiss edər. Halbuki, o anda yatağında heç tərpənmədən yatır. Ya da, yuxusunda ayağı büdrəyib su yığınının içinə düşdüyünü görən bir insan, bütün paltarlarının islandığını, əsən külək səbəbiylə üşüdüyünü hiss edə bilər. Ancaq olduğu yerdə nə bir su yığını, nə də külək var. Hətta çox isti bir otaqda yatmasına baxmayaraq yaşlığı və üşüməyi, eynilə oyaq olduğu kimi yaşayar. (Hayalin Diğer Adı: Madde,səh. 60)


İnsan əslində təhlükəsizlik içində evində yatarkən, yuxusunda lunaparkda sürətlə fırlanan vaqonlara mindiyini görə bilər. Vaqonların sürətini, zaman-zaman tərs döndüyünü, əsən küləyi realdakının eynisi kimi hiss edə bilər. (Hayalin Diğer Adı: Madde, səh. 61)
Yuxu ilə real həyat arasındakı bənzərliyə diqqət çəkilən filmin bir başqa səhnəsi belədir:
(Özündən kompyuter çipi satın almaq üçün evinin qapısına gələn müştərilərə)


Neo : Heç yuxuda olduğundan ya da oyandığından şübhəyə düşdüyün oldumu?
Yan səhifədəki kadrda Neo heç cür oyanıb-oyanmadığından əmin ola bilmir. Oyandığında saatın çaldığını eşidir, özünü otağında görür, masasını, kompyuterini də görür; lakin yuxusunda yaşadıqları o qədər həqiqidir ki, bunların xəyal olduğundan heç cür əmin ola bilmir. Yaşadığı bu ziddiyyətin verdiyi qarışıqlığa görə, özündən kompyuter çipi satın almaq üçün qapısına gələn müştəriləri, ona heç yaxşı görünmədiyini deyərlər. Neo da yuxarıdakı ifadəsiylə yaşadığı tərəddüdü qapısına gələn bu kəslərlə paylaşmaq istəyər.


Neonun yaşadığı bu tərəddüd əslində son dərəcə təbiidir. Əslində düşünən hər bir insan belə bir ziddiyyət içində olduğunu fərq edə bilər. Kitablarımızda bu mövzuya diqqət çəkdiyimiz bir çox keçid vardır. Bunlardan biri belədir:


Yaxşı, yuxunuzdan heç oyanmadan yaşamağa davam etsəniz, yuxu içində yaşadığınızın, gördüklərinizin heç birinin əsli ilə təmasda olmadığınızın fərqinə vara bilərsinizmi? Qətiyyən xeyr. Oyanıb, özünüzü yatağınızda gördüyünüz müddətə qədər, heç bir zaman yuxuda olduğunuzu anlaya bilməzsiniz və böyük bir ömrü real həyatınızı yaşadığınızı zənn edərək keçirərsiniz. Elə isə, real həyat dediyimiz həyatımızın da bir yuxu olmadığını necə isbat edə bilərik? Bir gün bu gördüyümüz həyatdan çıxıb özümüzü tamamilə fərqli bir yerdə, bu həyatımıza dair görünüşləri izləyərkən görəcəyimizə dair bir məlumatımız varmı? (Hayalin Diğer Adı: Madde,səh. 65)


Matrix filmində, həqiqətlərin fərqində olan Morfeus (Morpheus), Neoya gördüklərinə inanmaması, həqiqəti dərk etməsi üçün araşdırmasını tez-tez nəsihət edir. Filmə aid aşağıdakı sətirlərdə də, yenə Morfeus (Morpheus), Neonun gördüklərinə inanmadan əvvəl sorğu-sual etməsinin lazım olduğuna belə diqqət çəkir:


Morfeus (Morpheus) : Gözlərindən bəllidir. Səndə gördüklərini qəbul edən birinin gözləri var. Oyanmağı gözlədiyin üçün. Qəribə olsa da bunlar həqiqətən çox uzaq deyil.
İnsanların da yaşadığımız dünyanın həqiqi vəziyyətini sorğu-sual etməsi lazımdır. İnsan, xaricində mövcud olduğuna inandığı dünyanın əslinə heç vaxt çata bilməyəcəyi həqiqətinin fərqində olmalı və bu həqiqətdən dünyadakı məqsədi ilə əlaqədar qəti doğruları əldə etməlidir.


Filmdə də tez-tez vurğulanan, maddəylə təmasda ola bilmədiyimizin həqiqəti ilə bağlı, kitablarımızda verilmiş nümunələrdən bir qismi belədir:


... insanlar, ümumiyyətlə, "xarici dünya" anlayışına hər şeyi daxil etməzlər ya da etmək istəməzlər. Bu mövzuda bir az səmimi və cəsur düşünsəniz, evinizin, içindəki əşyalarınızın və ya antikvarlarınızın, bağ evinizin, yeni aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də sizə göstərilən bu "xəyali xarici dünyaya" daxil olduğu həqiqətini fərq edərsiniz. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz, qısacası, beş duyğu orqanınızla qəbul etdiyiniz hər şey bu "xəyali dünya"ya aiddir; ən sevdiyiniz sənətkarın səsi, oturduğunuz stulun sərtliyi, qoxusu xoşunuza gələn bir ətir, sizi isidən günəş, rəngləriylə göz oxşayan bir çiçək, pəncərənizin yanında uçan bir quş, dənizin üzərində sürətlə irəliləyən bir sürət qayığı, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompyuter ya da dünyadakı ən keyfiyyətli musiqi saytınız...


Həqiqət budur. Çünki dünya yalnız insanı sınamaq üçün yaradılan bir görünüşlər toplusudur. İnsanlar qısa həyatları boyunca əslində həqiqəti olmayan hisslərlə sınanırlar. (Evrim Aldatmacası,səh. 213-214)


Ətrafınızdakı mal-mülk ehtirasına qapılmış insanların ən çox nələrə dəyər verdiklərini bir düşünün: Yaxşı bir ev, lüks əşyalar, dəbdəbəli ləl-cəvahiratlar, son model bir avtomobil, banklarda yüksək miqdarda pul... Məhz bu səbəblə də bu insanlar, sahib olduqları bütün bu maddələri beyinlərindəki bir ekrandan izlədikləri və əsilləriylə əsla qarşılaşa bilməyəcəkləri həqiqətindən çox qorxarlar.


Halbuki, qəbul etməsələr də beyinlərində yaranan bir surət olan dünya içində yaşayarlar. Xaricdəki dünya ilə təmasda olmaları mümkün deyil. Çünki səsi, işığı və qoxunu heç bir şəkildə keçirməyən beyinlərinin içinə girən sadəcə bu maddələrdən gələn elektrik siqnallarıdır. (Hayalin Diğer Adı: Madde, səh. 104)

 

 Bir insanın sahibi olduğunu zənn etdiyi hər şeyi, evi, avtomobili, ailəsi, işi və bütün dostları beynində meydana gələn hiss və görünüşlərdən ibarətdir. Bu həqiqəti dərk edən bir insan, hər şeyin tək sahibinin, bu görünüşləri beynində yaradanın Allah olduğunu başa düşər. Dünya həyatına ehtirasla bağlı olan insanlar bu səbəblə bu həqiqətdən çox böyük bir qorxu duyarlar. (Hayalin Diğer Adı: Madde, səh. 103)